Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/67-73

Pərvanə İbrahimova

Bakı Dövlət Universiteti

siyasi elmlər üzrə fəlsəfə doktoru

pervanei@mail.ru

https://orcid.org/0000-0002-3611-0362

 

Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əlaqələri çərçivəsində

Şuşa Zirvə görüşünün əhəmiyyəti: Qarabağ Bəyannaməsi

 

Xülasə

Türk Dövlətləri Təşkilatı (TDT) Avrasiya coğrafiyasında artan effektivliyi ilə strateji birliyə çevrilir. Beynəlxalq sistemin daim dəyişən strukturu çərçivəsində regional inteqrasiya təşəb­büs­lərinin əhəmiyyəti artır. Dövlətlər Avropa İttifaqı, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı kimi bir çox təşkilatlar vasitəsilə öz maraqlarını maksimum dərəcədə artırmağa çalışırlar. Türk Dövlətləri Təşkilatı regional təşkilat olaraq türk dünyası üçün çox mühüm bir qurumdur. Türk dünyasının qarşılıqlı əlaqəsi Sovet İttifaqının dağılmasından sonra kiçik addımlarla başlamış və bu gün də artmaqda davam edir. Beynəlxalq sistemin strukturunda baş verən dəyişikliklər və regional hadisələr kontekstində təşkilat getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan başda olmaqla Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Türk Dövlətləri Təşkilatına verdiyi önəm getdikcə artır. Üzv dövlətlərin hər birinin strateji üstünlükləri var. Azərbaycanın regional gücü və enerji ehtiyatlarından ziyadə ərazi bütövlüyünü təmin etməklə strateji istiqamətdə təşkilatın koordinasiyalaşmasına töhfə verməsi buna misal ola bilər. Ona görə də müxtəlif məsələlərdə güclü tərəfləri olan dövlətlərin bir təşkilat daxilində qüvvələrini birləşdirməsi quruma üzv olan hər bir dövlətin maraqları baxımından vacibdir. Məqalədə Türkdilli Ölkələrin Zirvə toplantısından başlayaraq Türk Dövlətləri Təşkilatının tarixi inkişafının Şuşa Bəyannaməsinin imzalanması ilə yeni dövrə qədəm qoyması, Şuşada keçirilən görüşdə Qarabağ Bəyannaməsinin imzalanması ilə yeni reallıqlar yaratması araşdırılıb. Türk dünyasındakı inteqrasiya səylərinin yeni dövrdəki də­yişiklikləri təhlil edilib. Araşdırmanın məqsədi türk dünyasının birlikdə hərəkət etmə imkanlarını ortaya çıxarmaq, Azərbaycanın bu çərçivədə rolunu dəyərləndirmək və bu mövzuda tədqiqatlara pəncərə açmaqdır.

Açar sözlər: Azərbaycan, Türk Dövlətləri Təşkilatı (TDT), türkdilli dövlətlər, Şuşa Zirvə görüşü, Qarabağ Bəyannaməsi

 


Baxış: 71