Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/203-210

Türkan Şahvələdli

Xəzər Universiteti

magistrant

https://orcid.org/0009-0004-5292-275X

shahvaladliturkan@gmail.com

 

Azərbaycanın yaşıl iqtisadiyyat modelində ekoloji innovasiyaların rolu

 

Xülasə

 

Tədqiqatın əsas məqsədi Mingəçevir, Yevlax, Naftalan və Lənkəran şəhərlərinin iqtisadi-coğrafi xüsusiyyətlərini araşdırmaqla bu şəhərlərin sosial-iqtisadi inkişaf perspektivlərini və qarşılaşdıqları problemləri müəyyənləşdirməkdir. Tədqiqat çərçivəsində regional fərqliliklər nəzərə alınaraq iqtisadi potensialın istifadəsi, ərazi inkişafı və infrastrukturun vəziyyəti dəyərləndirilir.

Tədqiqatın aparılmasında kompleks yanaşma əsas götürülmüşdür. İlk mərhələdə statistik təhlil və müqayisəli analiz metodları tətbiq olunaraq Mingəçevir, Yevlax, Naftalan və Lənkəran şəhərlərinin iqtisadi göstəriciləri və coğrafi resursları müqayisə edilmişdir. Kartoqrafik üsullar vasitəsilə ərazi strukturunun təhlili aparılmış, şəhərlərin yerləşmə mövqeyi və nəqliyyat əlçatanlığı qiymətləndirilmişdir. Ərazi təsviri və müşahidə metodları sahə ilə bağlı konkret müşahidələrin və real vəziyyətin dəyərləndirilməsində əsas rol oynamışdır. Eyni zamanda, elmi ədəbiyyatların təhlili, dövlət proqramları, strateji sənədlər və statistik məlumat bazaları əsasında təhlillər həyata keçirilmişdir. Bu metodların birgə istifadəsi tədqiqatın həm obyektivliyini, həm də analitik dəyərini artırmışdır. Nəticədə, hər bir şəhərin inkişafına təsir edən iqtisadi, ekoloji və sosial amillər sistemli şəkildə dəyərləndirilmişdir. Tədqiqatın nəticələri göstərir ki, araşdırılan hər bir şəhərin özünəməxsus iqtisadi-coğrafi potensialı və inkişaf maneələri mövcuddur. Məsələn, Mingəçevir energetika və su resursları baxımından böyük imkanlara malikdir və sənaye baxımından strateji əhəmiyyət daşıyır. Yevlax, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ilə logistika və ticarət imkanları baxımından ön plana çıxır. Naftalan, müalicəvi neft ehtiyatları ilə özünəməxsus sanatoriya-kurort potensialına sahibdir, lakin bu sahədə infrastruktur və marketinq problemləri mövcuddur. Lənkəran isə zəngin təbiəti və subtropik iqlimi ilə kənd təsərrüfatı və ekoturizm üçün əlverişli şəraitə malikdir.

Ümumilikdə, nəticələr göstərir ki, bu şəhərlərin hər biri üzrə məqsədyönlü regional inkişaf siyasəti həyata keçirildiyi təqdirdə, yerli resurslardan daha səmərəli istifadə edilə və regionlararası balanslı inkişaf təmin oluna bilər. Bu həm iqtisadi artımı stimullaşdırar, həm də ölkədə sosial rifahın bərabər bölgüsünə töhfə verər.

Tədqiqatın elmi-nəzəri əhəmiyyəti ondan ibarətdir ki, bu iş Azərbaycan regionlarının iqtisadi-coğrafi problemləri üzrə mövcud elmi biliklərə töhfə verir. Praktiki əhəmiyyəti isə odur ki, tədqiqat nəticələri regionların sosial-iqtisadi inkişaf strategiyalarının hazırlanmasında, investisiya cəlbediciliyinin artırılmasında və yerli idarəetmə orqanlarının qərar qəbuletmə prosesində istifadə oluna bilər.

Tədqiqatda ilk dəfə olaraq Mingəçevir, Yevlax, Naftalan və Lənkəran şəhərlərinin iqtisadi-coğrafi problemləri sistemli şəkildə müqayisəli təhlil olunmuşdur. Araşdırma bu şəhərlərin inkişafına təsir edən amilləri birgə dəyərləndirməklə onların spesifik xüsusiyyətlərini ortaya qoyur və fərdi yanaşmaların zəruriliyini əsaslandırır.

Açar sözlər: yaşıl iqtisadiyyat, ekoloji innovasiyalar, enerji səmərəliliyi, təbii resurslar, dövlət siyasəti, beynəlxalq əməkdaşlıq, davamlı inkişaf


Baxış: 50