Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/117/48-51

İnci Ağayeva

Azərmemar Dövlət Baş Layihə İnstitutu

UOT-746.5

https://orcid.org/0009-0008-9870-7958

imemmedova158@gmail.com

 

Batikanın milli geyimdə təzahürü

 

Xülasə

 

Batik sənəti əsrlər boyu müxtəlif xalqların mədəni irsinin bir hissəsi olmuşdur. Azərbaycanda bu sənət forması milli geyimlərin hazırlanmasında, xüsusilə ipək məmulatların bəzədilməsində geniş tətbiq olunmuşdur. Təbii boyaların istifadəsi batikin ekoloji cəhətdən təmiz və dayanıqlı olmasına şərait yaradır. Kəlağayı kimi ənənəvi baş geyimlərində batik texnikasından istifadə, bu sənətin həm funksional, həm də estetik tərəflərini ortaya qoyur. Müasir dövrdə batik texnologiyaları müasir dizaynla sintez olunaraq, həm sənət, həm də sənaye sahəsində aktuallığını qorumaqdadır. Bu, eyni zamanda Azərbaycanın etnoqrafik və dekorativ-tətbiqi sənət ənənələrinin davam etdirilməsində mühüm rol oynayır. Kəlağayı istifadəsi bu dövrə qədər öz aktuallığını qoruyur. Bu sənət növü ecdadlarımızın bizə əsrlərdə boyu qoyub getdiyi incəsənət nadir nümunələrindəndir.

Açar sözlər: batik sənəti, tekstil texnologiyası, parça boyama, milli geyim, təbii boyalar, kəlağayı, Azərbaycan mədəniyyəti, ipəkçilik, dekorativ tətbiqi sənət


Baxış: 291