DOI: https://doi.org/10.36719/2706-6185/56/40-44
Günay Abdullayeva
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0009-3138-0687
gunaywamsaddinkizi@gmail.com
Könül Tağıyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0001-7909-246X
tagiyeva.konul87@gmail.com
Şahnaz Ələkbərova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0003-3589-7367
shahnazmammadova1983@gmail.com
Nuranə Musayeva
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0004-1935-2281
nuranemusayeva35@gmail.com
Sevinc Mahmudova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0001-7690-7184
sevinc.020ss@gmail.com
Bədii tərcümədə ekvivalentliyin sərhədləri
Xülasə
Bu məqalə bədii tərcümədə ekvivalentlik məsələsinin və milli-mədəni leksik vahidlərin hədəf dilə ötürülmə mexanizmlərinin araşdırılmasına həsr edilmişdir. Qloballaşma dövründə tərcümə müxtəlif dil və mədəniyyətləri bir-birinə yaxınlaşdıran əsas vasitələrdən biri olsa da, bədii mətnlərin tərcüməsində məna bütövlüyünün, üslubi xüsusiyyətlərin və emosional təsirin tam şəkildə qorunması hər zaman mümkün olmur. Xüsusilə milli koloritə malik ifadələr, frazeoloji vahidlər və mədəni kontekstlə sıx bağlı olan söz və birləşmələr tərcümə prosesində ciddi problemlər yaradır.
Tədqiqatın əsas məqsədi “Koroğlu” eposundan seçilmiş nümunələrin Azərbaycan və ingilis dillərində mövcud tərcümələrini müqayisəli şəkildə təhlil edərək semantik, üslubi və mədəni adekvatlığın hansı səviyyədə təmin edildiyini müəyyənləşdirməkdir. Araşdırma göstərir ki, tərcümə zamanı formal-morfoloji uyğunluqdan daha çox konseptual və funksional ekvivalentlik əsas götürülür və bir sıra hallarda ekvivalentlik yalnız nisbi xarakter daşıyır.
Məqalədə A. Xodzkonun tətbiq etdiyi tərcümə strategiyaları, emosional-ekspressiv vasitələrin ötürülmə yolları və mədəni-dini reallıqların dilə təsiri xüsusi diqqətlə təhlil edilmişdir. Aparılan araşdırmanın nəticələri sübut edir ki, bədii tərcümədə adekvatlıq təkcə leksik uyğunluqla məhdudlaşmır, əksinə semantik, üslubi və mədəni amillərin kompleks şəkildə nəzərə alınmasını tələb edir.
Açar sözlər: bədii tərcümə, ekvivalentlik, tərcümə adekvatlığı, milli-mədəni leksika, frazeoloji vahidlər, “Koroğlu” eposu, müqayisəli təhlil