https://doi.org/10.36719/2706-6185/43/50-54
Vəfa İsgəndərova
Bakı Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-4167-7531
Beynəlxalq mediada böyük data mənbələr: onlarla iş mexanizmləri
Xülasə
Böyük verilənlər təşkilatların, qurumların məlumat və anlayışlar üçün topladığı, təhlil etdiyi və mənimsədiyi strukturlaşdırılmış, yarı strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların birləşməsidir. Əslində böyük data bir çox başqa sahələrdə, məsələn, maşın öyrənmə layihələrində, proqnozlaşdırıcı modelləşdirmədə və digər qabaqcıl analitik tətbiqlərdə istifadə olunur. Dünya media sistemində trend olan data jurnalistikanı da onun əsasını təşkil edən böyük datalar, yəni verilənlər olmadan təsəvvür etmək mümkün deyil. Çünki data jurnalistika məhsulunun xammalı məhz verilənlərdir. Onların toplanması və süzgəcdən keçirilməsi mərhələsindən sonra gələn digər proseslər onun üzərində qurulur. Jurnalistlər və xəbər təşkilatları alqoritmlərin, hesablamaların və kəmiyyətlərin tədqiqi zamanı böyük verilənləri anlamağa, hərəkətə keçməyə və ondan dəyər əldə etməyə çalışırlar və böyük məlumatların inkişafı jurnalistika üçün potensial olaraq böyük məna daşıyır. Böyük datalara əlçatımlılıq olarsa, faydalı data jurnalistika məhsulları hazırlamaq mümkündür. Peşəkar data jurnalistika mütəxəssisləri informasiya texnologiyaları, riyaziyyat, kreativ yaradıcılıq ilə bağlı bir sıra bilik və bacarıqlara malik olmalıdırlar. Bunun üçün böyük datanın mahiyyətini anlamaqda fayda vardır. Məqalədə məhz mediada böyük datanın əhəmiyyətindən, onun növlərindən və ondan istifadə yollarından söhbət açılır.
Açar sözlər: böyük data, statistika, media, əlçatımlılıq, mənbə