DOI: https://doi.org/10.36719/2663-4619/126/101-105
Elnurə Səfərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
biologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-4151-1750
seferovaelnure@mail.ru
Sabiyə Cəbrayılzadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti
biologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-0374-4828
sabina.jbz@bk.ru
Biologiya dərslərində İnsan Bio Rəqəmsal proqramının istifadəsinin əsas üstünlükləri və təhsil faydaları
Xülasə
İnsan biologiyası üzrə Rəqəmsal platforması (Human Bio Digital) həkimlər, biologiya müəllimləri və bu sahəyə maraq göstərənlər üçün nəzərdə tutulmuş, 3D modellərlə zənginləşdirilmiş kompleks tədris platformasıdır. Platforma insan anatomiyası və fiziologiyasını üçölçülü formatda interaktiv şəkildə təqdim edərək, öyrənənlərə və müəllimlərə orqanları müxtəlif qatlar üzrə fırlatmaq, böyütmək və ətraflı şəkildə araşdırmaq imkanı yaradır. Platformada yalnız sağlam orqanlar deyil, həmçinin patoloji vəziyyətlər və xəstəliklərin inkişaf mexanizmləri də vizuallaşdırılır. Məsələn, tələbələr mədə xərçənginin dörd mərhələsini və şişlərin ətraf toxumalara yayılma prosesini müşahidə edə bilirlər. Proqram eyni zamanda eksperimentlərin və simulyasiyaların izlənilməsinə imkan yaradır ki, bu da real şəraitdə aparılması çətin və ya təhlükəli olan təcrübələrin (məsələn, qan dövranı, tənəffüs və ya sinir sistemlərinin funksiyalarının modelləşdirilməsi) virtual şəkildə həyata keçirilməsini mümkün edir. Bundan əlavə, platforma diaqnostik və terapevtik cihazları (KT – kompüter tomoqrafiyası, MRT – maqnit-rezonans tomoqrafiyası, ultrasəs və s.) təqdim edərək, bu texnologiyalara birbaşa çıxışı olmayan tələbələrə onların tətbiq sahələrini nümayiş etdirir. Ümumilikdə, Human Bio Digital interaktiv vizuallaşdırma, təhlükəsiz eksperiment mühiti və tibbi texnologiyalarla tanışlıq imkanlarını birləşdirərək biologiya təhsilinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Açar sözlər: İnsan Bio Rəqəmsal, biologiya, proqram, dərs, 3D model