Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/51/36-39

Nuridə Qasımova

Bakı Biznes Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

                                               https://orcid.org/0009-0006-3697-9574

gasimovanurida3@gmail.com

 

Biznesdə informasiya texnologiyalarının istifadəsinin əsas yönləri və gələcək perspektivləri

 

Xülasə

 

Bu tədqiqat biznesdə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini araşdırır. İT, müasir biznesdə əməliyyatların avtomatlaşdırılması, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin yaxşılaşdırılması üçün vacib bir vasitədir. Tədqiqatda biznesin idarə edilməsi, proseslərin avtomatlaşdırılması, layihə idarəetməsi və satış marketinqinin optimallaşdırılması sahələrində İT-nin roluna diqqət yetirilmişdir. İT-nin üstünlükləri arasında işin səmərəliliyini artırmaq, məhsul keyfiyyətini yaxşılaşdırmaq və təhlükəsizliyi təmin etmək vardır. Lakin tətbiqi ilə əlaqədar bəzi çətinliklər də mövcuddur, xüsusən yüksək xərclər, kadr hazırlığı və məlumat təhlükəsizliyi riskləri. Gələcək tədqiqatlarda isə süni intellekt, bulud texnologiyaları və kibertəhlükəsizlik sahələrində yeni imkanların araşdırılması tövsiyə olunur.

Açar sözlər: biznes, informasiya texnologiyaları, təhlükəsizlik, süni intellekt, kibertəhlükəsizlik, bulud texnologiyaları

 

 


Baxış: 10