Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/42/151-156

Əli Zalov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə elmlər doktoru

https://orcid.org/0000-0002-2171-8906

zalov1966@mail.ru

Sürayyə İsayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

riyaziyyat üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0000-9488-1811

surayye.necefova@gmail.com

 

Çoxpilləli ekstraksiya prosesinin təsviri

 

Xülasə

Ekstraksiya iki qarışmayan mayelər arasında maddənin fiziki-kimyəvi paylanma prosesi və maddələrin uyğun ayrılma, parçalanma və qatılaşdırma üsuludur. Ekstraksiya zamanı aşağıdakı prosesler baş verir: ekstraksiya olunan birləşmələrin yaranması, su və üzvi fazalar arasında ekstraksiya olunan birləşmələrin paylanması və üzvi fazada baş verən reaksiyalar – dissosiasiya, assosiasiya və polimerləşmə. Metal ionunun və digər yüklü zərrəciklərin üzvi fazaya keçməsi üçün yükü neytrallaşdırmaq lazımdır. İon assisotlarının ekstraksiyası zamanı ionlarının yükü və ölçüsü mühümdür: ionların yükü artdıqca və olçüsü azaldıqca ekstraksiya pisləşir. Digər bərabər şəraitlərdə biryüklü ionlar pis ekstraksiya olunur. Digər bərabər şəraitlərdə daha davamlı komplekslər yaxşı ekstraksiya olunur.

Açar sözlər: ekstraksiya, qatılıq, məhlul, maddə miqdarı, xüsusi törəmə, ikidəyişənli funksiya, ekstremum, həlledici maddə, paylanma əmsalı, həcm


Baxış: 29