Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/273-278

Seyyub Əsədov

Şirvan şəhər 11№-li tam orta məktəb

https://orcid.org/0009-0005-8010-1737

seyyub1967@gmail.com

 

Cuci ulusunun Hülakülər dövləti ilə apardığı müharibənin səbəbləri

 

Xülasə

 

Azərbaycan öz təbii sərvətləri, tranzit ticarət karvan yolları və hərbi strateji əhəmiyyətinə görə Cuci ulusunu həmişə özünə cəlb etmişdir. Qızıl Orda xanları daima Azərbaycan torpaqlarını işğal etməyə çalışmış və bu məqsədlərinə çatmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etmişlər. Hülakü xandan başlayaraq bütün Elxani hökmdarları dövründə, müəyyən fasilələrlə qızılordalılarla elxanilər arasında müharibələr getmişdir. Hərbi əməliyyatlar əsasən Azərbaycan torpaqlarında getdiyi üçün ən çox zərər çəkəndə Azərbaycan xalqı olmuşdur.

Açar sözlər: Monqol imperiyası, uluslar, Cuci dövləti, Elxanilər (Hülakülər) dövləti, qarşılıqlı münasibətlər, müharibələr, Yaxın Şərq, Cənubi Qafqaz


Baxış: 53