Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/52/29-34

Maka Sosanidze

Qori Dövlət Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-1572-1471

makasosanidze2@gu.edu.ge

 

Dairəvi iqtisadiyyata keçid perspektivləri

 

Xülasə

 

Ənənəvi xətti istehsal modelinin (istehsal–istehlak–atılma) dayanıqsızlığı yeni modelə – dairəvi iqtisadiyyata ehtiyac olduğunu açıq şəkildə göstərmişdir. Bu məqalədə həm Gürcüstanın mövcud mühiti və infrastrukturu, həm də ölkənin ekoloji və iqtisadi inkişafı üçün vacib olan beynəlxalq təcrübənin mübadiləsi araşdırılır. Məqalənin əsas məqsədi dairəvi iqtisadiyyat anlayışını təhlil etmək, onun qlobal və yerli əhəmiyyətini müəyyənləşdirmək, eləcə də Gürcüstanın üzləşdiyi imkan və çağırışları qiymətləndirməkdir. Bu məqalədə “case study” (hadisə təhlili) və analitik təhlil metodlarından istifadə olunur. Məqalədə siyasətçilər, biznes nümayəndələri və cəmiyyət üçün ölkənin dairəvi iqtisadiyyatın strateji inkişaf yoluna keçidinə əsas ola biləcək tövsiyələr təqdim edilir. Tədqiqat göstərir ki, dairəvi iqtisadiyyatın hazırkı aşağı səviyyəsinə (1,3 faiz) baxmayaraq, Gürcüstan təbii ehtiyatlar, gənclərin motivasiyası və beynəlxalq dəstək də daxil olmaqla əhəmiyyətli potensiala malikdir. Dairəvi model Gürcüstan üçün təkcə ekoloji zərurət deyil, həm də iqtisadi imkandır – innovasiyaların inkişafı, yeni iş yerlərinin yaradılması və davamlı inkişafın təşviqi üçün mühüm vasitədir.

Açar sözlər: dairəvi iqtisadiyyat, davamlı inkişaf, bərpa olunan enerji, təkrar emal, xətti iqtisadiyyat

 


Baxış: 130