Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

“Dastani-Əhməd Hərami”nin dil-üslub xüsusiyyətləri və leksik qatları

 

Arifə Zeynalova

 

Xülasə. Bu məqalədə Azərbaycan yazılı ədəbi dil tarixinin qiymətli nümunələrindən biri olan “Dastani-Əhməd Hərami” poemasının leksik xüsusiyyətləri araşdırılmışdır. Əsər həm tarixi-mədəni dəyəri, həm də dil faktlarının zənginliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Tədqiqatın əsas məqsədi abidənin lüğət tərkibini sistemli şəkildə təhlil etmək, burada işlənmiş leksik vahidlərin mənşəyini, semantik xüsusiyyətlərini, işlənmə sahələrini və Azərbaycan ədəbi dilinin inkişaf tarixində tutduğu mövqeyi müəyyənləşdirməkdən ibarətdir. Bununla yanaşı, əsərdə ümumişlək sözlərin, terminoloji leksikanın, onomastik vahidlərin, məişət və qohumluq bildirən sözlərin funksional xüsusiyyətlərini üzə çıxarmaq da qarşıya vəzifə kimi qoyulmuşdur.

Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, “Dastani-Əhməd Hərami”nin dil materialı müasir linqvistik yanaşmalar əsasında yenidən qiymətləndirilmiş, əsərdəki söz qatlarının qarşılıqlı əlaqəsi və tarixi dil faktları ilə bağlılığı diqqət mərkəzinə gətirilmişdir. Araşdırma zamanı təsviri, müqayisəli-tarixi, struktur-semantik, kontekstual təhlil və statistik üsullardan istifadə olunmuşdur. Bu metodlar vasitəsilə leksik vahidlərin funksiyası, mənaca dəyişməsi, aktiv və passiv fonda aidliyi, eləcə də müasir Azərbaycan dili ilə əlaqələri müəyyənləşdirilmişdir.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, əsərin leksikasında ümumtürk mənşəli sözlər aparıcı yer tutur. Bununla yanaşı, ərəb və fars mənşəli alınmalar, dövrün ictimai-mədəni mühitini əks etdirən terminlər, coğrafi adlar və şəxs adları da mühüm mövqeyə malikdir. Poemanın dili sadə xalq danışıq üslubu ilə klassik bədii ifadə vasitələrinin sintezini nümayiş etdirir. Bu isə abidənin həm bədii-estetik, həm də dil tarixi baxımından dəyərini artırır. Məqalə nəticə etibarilə göstərir ki, “Dastani-Əhməd Hərami” Azərbaycan dilinin tarixi leksikasını öyrənmək, orta əsr dil mühitini müəyyənləşdirmək və milli ədəbi dilin formalaşma mərhələlərini izləmək üçün mühüm mənbələrdən biridir.

 

Açar sözlər: Dastani-Əhməd Hərami, leksika, tarixi dilçilik, onomastik vahidlər, terminoloji leksika, Azərbaycan ədəbi dili

 


Baxış: 8