https://doi.org/10.36719/2789-6919/40/95-98
Lalə Talıbova
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0004-8259-8567
Samirə Mustafayeva
Naxçıvan Dövlət Texniki Kolleci
https://orcid.org/0009-0006-0552-8172
Pərvin Əhmədova
Naxçıvan Tibb Kolleci
https://orcid.org/0009-0004-8259-8567
Dərman bitkiləri və dərman bitkilərinin xəstəliklərdə əhəmiyyəti
Xülasə
Müasir dövrdə müxtəlif təbii və antropogen faktorların mənfi təsiri nəticəsində planetimizin bitki örtüyü kifayət qədər ciddi təhdidlərlə üzləşərək, geniş sahələrdə deqradasiyaya uğramış, külli miqdarda bitki növləri Yer üzündən tamamilə itmiş, on minlərlə ölçülən növlər isə itmə təhlükəsi qarşısında qalmışdır.Bitki örtüyünü qorumalıyıq çünki xalq təbabəti insan populyasiyasının təbii müalicə vasitələri və xəstəlikləri əsasən, bitkilərlə müalicə üsullarına əsaslanır. Dərman bitkiləri ilə müalicə inkişaf etmiş ölkələrlə bərabər, Azərbaycanda da geniş vüsət almışdır. Dərman bitkilərinin tərkibindəki müxtəlif molekullar və vitaminlər insanlar üçün çox faydalıdır. Dərman bitkilərinin bir çox xəstəliyə yaxşı təsir etdiyi məlumdur. O, siyatik ağrıları, oynaq ağrıları, əzələ ağrıları, bel, baş, qulaq, diş ağrıları, əziklər, kəsiklər, burxulmalar, aybaşı ağrıları, həşərat dişləmələri zamanı ağrıları kəsmək qabiliyyətinə malikdir.Bitkilərin müalicəvi əhəmiyyəti-zəfərandan ürək-damar, sinir, ifrazat və cinsiyyət sistemi xəstəliklərində, balqabaq toxumundan qurd, şəkərli diabetin, ürək, böyrək xəstəliklərinin müalicəsi zamanı istifadə edilir.
Açar sözlər: Qırmızı kitab, dərman bitkiləri, çoxillik ot bitkisi, bitki xammalı, təsiredici maddələr