Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/19-22

 

Elnarə Məmmədova

Azərbaycan Tibb Universitet

filologiya üzrə fəlsəfə doktoru

 https://orcid.org/0009-0007-1231-9229

elnare69@mail.ru

 

Dilimizi qorumaq milli kimliyimizi qorumaq deməkdir

 

Xülasə

 

Ümummilli liderimiz H.Əliyev öz çıxışlarında deyirdi: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar. Çünki onların hər biri ümumdünya mədəniyyətinə öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə azadlıq, hürriyyət imkanları verir.”

O deyirdi: “Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik. Bütün bunları da həyata keçirmək üçün də ana dilimizi və milli kimliyimizi qorumalıyıq.”

Ulu Öndərin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, Azərbaycan həm sosial-iqtisadi, həm də mənəvi dəyərlərin qorunmasına və inkişafına görə regionun lider dövlətinə çevrilib.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı həm ana dilimizin, həm də dilçiliyin əhəmiyyətini xüsusi vurğulayıb: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Biz bir xalq kimi, millət kimi öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik, milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də, bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm.”

Açar sözlər: ümummilli lider, siyasət, çoxmədəniyyətlilik, ana dilimiz, prezident, dil və mədəniyyət

 

 


Baxış: 300