“Dövlət-universitet-sənaye” tərəfdaşlığının strateji idarəetmə modelləri: sosial-iqtisadi inkişaf və beynəlxalq rəqabətlilik
Rahim Sadıqov
Xülasə. Dövlət–universitet–sənaye tərəfdaşlığı müasir iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Bu model innovasiyaların sürətləndirilməsi, insan kapitalının inkişafı və bilik əsaslı iqtisadiyyatın formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Tədqiqatın məqsədi dövlət, universitet və sənaye sektorları arasında əməkdaşlığın strateji idarəetmə modellərini araşdırmaq və onların sosial-iqtisadi inkişafa və beynəlxalq rəqabətliliyə təsirini müəyyən etməkdir. Araşdırmada sistemli yanaşma, müqayisəli təhlil və analitik sintez metodlarından istifadə olunmuşdur. Nəticələr göstərir ki, effektiv tərəfdaşlıq mexanizmi innovasiya potensialını artırır, elmi tədqiqatların kommersiyalaşmasını sürətləndirir və əmək bazarının tələblərinə uyğun kadr hazırlığını təmin edir. Eyni zamanda, rəqəmsal idarəetmə platformaları və innovasiya ekosistemləri bu əməkdaşlığın səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Tədqiqat sübut edir ki, üçtərəfli əməkdaşlıq modeli ölkələrin qlobal rəqabət qabiliyyətinin yüksəldilməsində əsas strateji mexanizmdir.
Açar sözlər: dövlət–universitet–sənaye, strateji idarəetmə, innovasiya sistemi, sosial-iqtisadi inkişaf, rəqabətlilik