DOI: https://doi.org/10.36719/2663-4619/123/27-30
Azərbaycan Tibb Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0003-1969-9405
seva.kadi@mail.ru
Əcnəbi tələbələrə Azərbaycan dilinin öyrədilməsinin əsas meyarları
Xülasə
Azərbaycanın təhsil sistemində daim köklü dəyişikliklər baş verir. Respublika rəhbərliyi təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi, dünyanın ən qabaqcıl ölkələrindəki təhsil səviyyəsinə yüksəldilməsi üçün əlindən gələni edir, həm maddi, həm də mənəvi dəstək göstərir. Məqalədə əcnəbi tələbələrə Azərbaycan dilinin öyrədilməsinin müasir tələblərə uyğun aparılan metod və üsullardan danışılır. Müxtəlif ölkələrdən gələn əcnəbi tələbələrin sayının artması Azərbaycan dilinin tədrisində yeni metodlar və imkanlar tətbiq etməyi tələb edir. Əcnəbi tələbələrə Azərbaycan dilinin tədrisi hərtərəfli xarakter daşıyır. Dərslərdə tələbələrin oxu, dinləmə, danışıq və yazıda zəruri dil və nitq bacarıqlarının formalaşdırılması yolu ilə əldə edilən praktiki, tərbiyəvi və inkişaf etdirici məqsədlər ehtiva edilir. Hər bir nitq fəaliyyəti növündə bilik və bacarıqların inkişafı dinləmə, danışma, oxuma və yazma arasında sıx əlaqə nəzərə alınmaqla müəyyən spesifikliyə malikdir. Sistemlilik, ardıcıllıq, məlumatlılıq, əlçatanlıq, davamlılıq, ana dilinin nəzərə alınması, kommunikativ diqqət, tələbələrin şifahi və yazılı peşəkar nitqinin formalaşdırılması, peşəkar situasiyalarda nitq bacarıqlarının inkişafı, həm eyni, həm də müxtəlif peşə sahibləri ilə dialoq aparmağın öyrədilməsi dil tədrisinin əsas prinsipləri və məqsədidir.
Açar sözlər: əcnəbi, dinləmə, danışma, oxuma, yazma, inkişaf, metod