Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/42/13-16

Fərəh Cəlil

Mingəçevir Dövlət Universiteti

filologiya elmləri doktoru

https://orcid.org/0000-0001-6894-4401

calil.farah72@mail.ru

Nigar Bünyatova

Bakı Slavyan Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0009-5651

nigar_bunyatova@mail.ru

 

Ədəbiyyatda psixologizmin nəzəri aspektləri

 

Xülasə


Məqalə ədəbiyyatda psixologizmin nəzəri aspektlərinə həsr olunmuşdur. XIX əsrdən etibarən alman ədəbiyyatşünaslığında bu mövzunun aktuallaşması V.Vunt, A.Bize, V.Ditl və digər fəlsəfə­çilərin və estetlərin araşdırma mövsusu olmasından bəhs edilir. Bu problem XX əsrdən etibarən akademik konsept kimi formalaşır. Dövrün məşhur psixoanalitikləri Ziqmund Freyd və Karl Yunqun təcrübələrinə əsaslanaraq bədii mətnlərin təhlili, arxetip nəzəriyyəsinin şüurlu şəkildə bədii mətnlərə köçürülməsi məsələlərindən bəhs edilir. Freydin nöqyeyi-nəzərindən psixoanalitik ədəbi tənqid, yaşanmış və yuxunun məzmunu ilə heç bir əlaqəsi olmayan müəyyən hadisə və vəziyyətlər haqqında materialdır və sadəcə olaraq “gün qalığı” adlanır. İkinci mənbəyə əsasən isə  bu, insanın uşaqlıqdan gətirdiyi, lakin şüuraltında saxladığı, “zaman və yer” anlayışlarını sildiyi materialdır.

Eləcə də Otto Rankın müasir ədəbiyyatşünaslıqda psixoanalitik təhlillərə münasibətindən bəhs olunur. Otto Ranka görə yazıçı yaradıcılığı ilə başqa insanlarla əlaqə yarada bilir və nəticədə iki tərəfin psixologiyaları arasında əlaqə, bəzi birlik vəziyyəti yaranır. Beləliklə, məqalədə modern postmodern ədəbiyyatda psixologizm mövzusu və onun araşdırması probleminin nəzəri aspektlərinə aydınlıq gətirilir.

Açar sözlər: ədəbiyyat, psixologizm, təhlil, nəzəriyyə, bədii mətn


Baxış: 65