Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/49/94-98

Xanımnənə Xudiyeva

Sumqayıt Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0006-2276-0707

xudiyevaxanim85@gmail.com

 

Ədəbiyyatın tədrisində mobil təlim texnologiyalarının tətbiqi

 

Xülasə

 

Məqalə ədəbiyyat dərslərində mobil texnologiyaların tətbiq imkanlarını, üstünlüklərini və məhdu­diyyətlərini araşdırır. Məqsəd bu texnologiyaların tədris prosesinə təsirini, müəllimlərin təcrübə və ya­naşmalarını üzə çıxarmaqdır. Tədqiqat çərçivəsində ən azı 5 il pedaqoji təcrübəsi olan 12 ədəbiyyat müəllimi ilə müsahibələr aparılmış, məlumatlar tematik təhlil edilmişdir. Nəticələr göstərir ki, Kahoot, Quizlet, audiokitablar, təqdimat proqramları kimi mobil tətbiqlər dərsləri interaktivləşdirir, şagird motivasiyasını və mövzunun mənimsənilməsini artırır, fərdi öyrənmə tempinə uyğunlaşma imkanı yaradır. Lakin infrastrukturun zəifliyi, internet və avadanlıq çatışmazlığı, eləcə də yerli məzmunlu resursların azlığı əsas maneələr kimi qeyd olunmuşdur. Müəllimlər texnologiyanın məqsədyönlü, planlı və metodoloji əsaslı istifadəsinin vacibliyini vurğulamış, diqqəti yayındırma risklərinə də toxunmuşlar. Araşdırma mobil texnologiyaları ədəbiyyat tədrisində yalnız əlavə vasitə deyil, yeni pedaqoji imkanların açarı kimi dəyərləndirir.

Açar sözlər: mobil təlim vasitələri, ədəbiyyatın rəqəmsal tədrisi, yerli mobil tədris resursları, mobil tətbiq, internet


Baxış: 316