Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/45/7-11

Xanım Sultanova

Bakı Slavyan Universiteti

filologiya elmləri doktoru

https://orcid.org/0000-0003-0779-9540

sultanovaxanim@gmail.com

 

Əfzələddin Xəqani yaradıcılığında Günəş, Üfüq simvolizmi

 

Xülasə

Məqalədə Şərq aləminin böyük şairi mütəfəkkiri Əfzələddin Xəqaninin  yaradıcılığında təbiət təsvirləri müxtəlif kontekstlərdə tədqiqata cəlb olunur. Şərq ədəbiyyatında gözəl mənzərə ustası, “sübh şairi” kimi tanınan Əfzələddin Xəqaninin poetik təsvirlərində “sübhün”, “üfüqün”, “günəşin doğması”nın təsviri və tərənnümünün insanın mənəvi-psixoloji aləmi ilə bağlılığı, əhvali-ruhiyyənin təbiətlə qarşılıqlı münasibəti bədii-fəlsəfi müstəvidə araşdırılır. “Dan yeri”, “sübh”, “göyün qırmızı rəngi” və s. ənənəvi simvolların Azərbaycan ədəbiyyatşünaslığında yeri və rolu müəyyənləşdirilir, qlobal bədii aspektdə onların analoji və fərqli xüsusiyyətləri təhlil edilir. Əfzələddin Xəqaninin əsərlərində simvolların dəqiq məzmununu və konkret mətn daxilindəki funksiyasını oxucuya çatdırmaq üçün müəllif tez-tez şeirlərin orijinalına müraciət edir, tərcümədəki “itkilər” üzərində dayanır. Sənətkarın bir çox şeirlərinin kosmoloji-mifoloji layı ətraflı şəkildə tədqiqata cəlb olunmuş, xüsusilə, “Günəşə xitab” əsərinin mifopoetik ənənə bağlarının birbaşa şüuraltı düşüncənin arxaik elementləri ilə əlaqəsi müəyyənləşdirilmişdir. Dahi şairin tədqiqat mövzusuna aid olan əsərlərində etnokosmik substratların varislik istiqamətində mövcudluğu müəyyən olunur. Məqalədə, qeyd olunduğu kimi, sənətkar təbiəti bütün canlılığı ilə duymaqla bərabər, ondakı hər bir təbdülatı fəlsəfi baxımdan mənalandıra bilmiş və onun hər bir halını oxucuya iki müstəvidə-zahiri və ezoterik planda çatdırmışdır. Məqalə müəllifi  XII əsrdə yaşamış Aərbaycan şairinin əsərlərinin həm də bədii-estetik xüsusiyyətləri ilə onların humanist- bəşəri dəyərləri arasındakı üzvi əlaqəni aşkarlamağa çalışır.

Açar sözlər: Sübh şairi, qəsidə ustadı, işıq-nur mifologemi, etnokosmik substrat, peyzaj

 


Baxış: 395