Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/48/34-42

Elmira Axundova

Bakı, Azərbaycan

sənətşünaslıq üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0007-8661-567X

elmira_akhundova@yahoo.com.tr

 

Əl-Fərabi şərhlərində “elmlər təlimi” və “xoş ahənglər” müvafiqəti

 

Xülasə

 

Əl-Fərabi və Səyf əd-Daulə haqqında bizə yetişən bilgilər, orta əsr müsəlman ənənələri ilə yaşadılan alim və zəkaların bədii surətləri, mövcud təfsir və izahlarla yaranmış tarixi hekayələrdə yer almaqdadır.

İslam mədəniyyətinin parlaq çağında – elm məbədgahının inşası dövründə ilk musiqi nəzəriyyəsi yaradıcılarından olan Əl-Fərabinin antik irs mərhələsi ilə inkişaf etmiş kamil elmi baxışları, müsəlman ənənələri ilə var olan musiqi sistemi nəzəriyyəsi orta əsrlərin sonuna qədər daha da təkmilləşib, İslam alimlərinin yeni ixtiralarına yol açmışdır.

Onun ərəb xilafəti dövründə gerçəkləşdirdiyi musiqi bilikləri – makamlar (lad), iqaa (ritm), masafa (interval) quruluşları, musiqi nəzəriyyəsi, səslərin bədii xüsusiyyətləri və uyğunluqları ilə bağlı təhlil, təcrübə və mülahizələri musiqi incəsənətinin mükəmməl bilgi nümunələridir.

Əl-Fərabi tədqiqatlarında müxtəlif sahələri işıqlandıran biliklərin qarşılıqlı əlaqəsi çox zaman tədqiq olunan bir mövzunun digər mövzu daxilinə yerləşməsi və inkişaf etməsi ilə bağlı idi. Onun bu kimi təcrübələri sadəcə musiqi sahəsində deyil, eləcə də məntiq və dilçilik elmləri üzrə apardığı tədqiqatlarda da görünməkdə idi.

Açar sözlər: Əl-Fərabi, elmlər təlimi, islam mədəniyyəti, musiqi bilikləri


Baxış: 20