Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/61-73

Həcər Abdullayeva

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

https://orcid.org/0009-0007-1987-1761

aa_hecer@yahoo.com

 

Elektron xəbər başlıqlarında qeyri-səlis məna yaradan

leksik-semantik kateqoriyaların təhlili

 

Xülasə

 

Bu məqalədə elektron kütləvi xəbər portallarında yayımlanan xəbər başlıqlarında tez-tez təsadüf olunan qeyri-səlis məna yaradan leksik-semantik kateqoriyalar semasioloji, kontekstual və qeyri-səlis məntiqə əsaslanan üsullar əsasında təhlil olunur. Təqdiqatın əsas məqsədi aparıcı elektron KİV-lərdə qeyri-səlis mənanın yaranmasına səbəb olan leksik-semantik kateqoriyaların kontekst daxilində işlənmə tezliyini müəyyən etmək, fərqli mənalar ifadə etməsini araşdırmaq və bu cür dil vahidlərinin istifadəsinin informasiyanın oxucu tərəfindən qəbuluna və ümumilikdə cəmiyyətdə hər hansı bir məsələ haqqında ictimai rəy və fikrin formalaşmasına necə təsir etməsini araşdırmaqdır. Əldə olunan nəticələr elektron xəbər mənbələrində, xüsusilə başlıqlarda, leksik-semantik vahidlərin seçiminin vacibliyini nəzərə çatdırmaqla ictimai şüurun düzgün istiqamətdə formalaşmasında dildən daha səmərəli istifadəni təşviq edə bilər.

Açar sözlər: qeyri-səlis məna, leksik-semantik kateqoriyalar, diskurs təhlili, elektron KİV, xəbər başlıqları, leksik qeyri-müəyyənlik, media diskursu, qeyri-səlis məntiq, elektron xəbər mənbələri

 


Baxış: 19