DOI: https://doi.org/10.36719/2789-6919/57/237-242
Turan Səmədli
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0000-6401-328X
samedhov@gmail.com
Elmi fəaliyyətin elmmetrik analitik qiymətləndirilməsi üçün
rəqəmsal platforma
Xülasə
Məqalədə elmi fəaliyyətin obyektiv, şəffaf və çoxölçülü qiymətləndirilməsi məqsədilə elmmetrik göstəricilərə əsaslanan rəqəmsal platforma modelinin konseptual əsasları işlənib hazırlanmışdır. Müasir elmi mühitdə nəşr aktivliyi, sitat indeksi, h-indeks, impakt faktoru, beynəlxalq əməkdaşlıq səviyyəsi və açıq elmi göstəricilər kimi parametrlər tədqiqatçıların və elmi təşkilatların fəaliyyətinin qiymətləndirilməsində mühüm rol oynayır. Lakin mövcud qiymətləndirmə mexanizmləri çox vaxt parçalanmış məlumat bazalarına əsaslanır və vahid analitik sistemlə inteqrasiya olunmur.
Tədqiqatın məqsədi müxtəlif elmmetrik mənbələrdən (məsələn, Scopus, Web of Science, Google Scholar və s.) məlumatların avtomatik toplanması, emalı və vizuallaşdırılması əsasında kompleks analitik qiymətləndirmə aparan rəqəmsal platforma modelini formalaşdırmaqdır. Model məlumatların inteqrasiyası, göstəricilərin normallaşdırılması, sahə üzrə müqayisəli analiz, reytinq mexanizmi və interaktiv hesabat modullarını özündə birləşdirir. Platformada süni intellekt və böyük verilənlərin analizi vasitəsilə elmi məhsuldarlığın dinamikası, əməkdaşlıq şəbəkələri və tədqiqat istiqamətlərinin inkişaf tendensiyaları müəyyənləşdirilir.
Açar sözlər: elmmetriya, rəqəmsal platforma, elmi fəaliyyətin qiymətləndirilməsi, sitat indeksi, h-indeks, analitik model, elmi idarəetmə