Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/48/75-81

Samir Baxşəliyev

Bakı Dövlət Universiteti

https://orcid.org/0000-0003-4054-2974

baxshaliev81@mail.ru

 

Ərəb xilafəti ikinci Rəşidi Xəlifəsi Ömər İbn Xəttabın

hakimiyyət illərində

 

Xülasə6

 

Tədqiqatdan aydın olur ki, İslam tarixində Rəşidi xəlifələri dövrünün ən parlaq nümayəndələrindən biri olan Ömər ibn Xəttabın gördüyü işlər və xidmətləri Ərəb Xilafətinin möhkəmlənməsində böyük əhəmiyyətə malik olmuşdur.

Məlum olur ki, Ömər ibn Xəttabın hakimiyyəti illərində xilafətin hərbi, inzibati və maliyyə strukturları formalaşır. Ömər həmçinin, İslam dünyasında hüquqi və sosial islahatlar həyata keçirərək, yeni dövlətin möhkəm təməllərini atır.

Qarnizon şəhərlərində onun fərmanları, ciddi hərbi nizam-intizam tətbiq etməklə yerinə yetirilir. Həmçinin, ərəb döyüşçüləri və onların ailələri, hərbi xidmətlərinə görə səxavətli təzminatlar və işğallar zamanı qənimətlərdən əldə edilən böyük ölçüdə pay alırlar.

Ən əsası, İslam dini təkcə Məkkədəki ilk müsəlman ərəblərin şəxsi kultundan çıxaraq bütün ərəb qəbilələrinin birliyinin dayandığı mənəvi ideoloqiyaya çevrilmiş oldu.

Açar sözlər: Xilafət, Ömər ibn Xəttab, islahatlar, İslam dünyası, hakimiyyət


Baxış: 26