https://doi.org/10.36719/2789-6919/41/49-52
Aygün Sultanova
Naxçıvan Dövlət Universiteti
fizika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0006-7406-6055
aygunsultanova60@gmail.com
Fizikanın tədrisi və multimedia texnologiyaları
Xülasə
Fizikadan multimedia vasitələri məktəb fizika kursunun tədrisinin intensivləşdirməsində geniş imkanlara malikdir. Fizikanın tədrisində multimediadan istifadə fənnin öyrənilməsini şagirdlər üçün daha maraqlı və cəlbedici edir.
Fizikanın tədrisində multimediadan istifadədə əsas məqsəd şagirdlərə dərin bilik və bacarıqlar verməklə aşağıdakı məsələlər ətrafında müəllimlərdə yüksək peşəkarlıq kompetensiyasını təmin etməkdir. Fizikadan məsələ həllində səmərəli təlim metodlarından biri də kompyuter modelləşdirməsidir. Bu metod məsələ həlli təliminin didaktik imkanlarını inteqrasiya etməklə şagirdlərin əqli və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirən vasitə hesab edilir. Kompyuterdə multimedia, formatda informasiyanın yazılması və canlandırılması xüsusi aparat və proqram vasitələrinin köməyi ilə yerinə yetirilir. Kompyuter multimedialı olması üçün minimum vasitələrə malik olmalıdır. Multimedialı kompyuterlərdə səsli informasiyaların yazılışı, diktafon və mikrofon kimi texniki vasitələrlə həyata keçirilir.
Multimedia çox faydalı və məhsuldar təhsil texnologiyası olub, interaktivliyi, müxtəlif əyani informasiyaların çevik inteqrasiyasını təmin etməklə, öyrənənlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq motivasiyanı yüksəldir. İnteraktivlik informasiyanın təqdim edilməsində istifadə olunan başqa vasitələrə nəzərən multimedianın ən əhəmiyyətli üstünlüyüdür.
Məqalədə konkret olaraq, metodoloji suallara obyektiv və əsaslandırılmış cavablar, multimediadan fizika tədrisində nə vaxt, harada və necə istifadə oluna biləcəyi haqqında məlumat verilir.
Açar sözlər: multimedia, interaktivlik, informasiya, animasiya, didaktik