https://doi.org/10.36719/2706-6185/45/118-122
Pərvanə Qasımova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0000-0123-5657-8898
atilla.emrahli@gmail.com
Folklorşünaslıqda ictimai məzmun məsələləri
Xülasə
Foklor sözü həm dar, həm də geniş mənada başa düşülür. Dar mənada folklor “şifahi xalq yaradıcılığı” və ya bəzən də “şifahi xalq ədəbiyyatı” kimi başa düşülür. Daha çox türk xalqlarının filologiyasında rastlanan “xalq ədəbiyyatı” (halk edebiyatı) əslində xalq yaradıcılığının bədii mətnlərinin yalnız şifahi, sözlü hissəsini əhatə edə bilir. Türkiyədə “folklor” daha çox xalq yaradıcılığının anonim “xalq musiqisi” hissəsinə aid edilərək, o sahəni bildirən termin kimi işlədilməkdədir. Rus filologi-yasında “folklor” “narodnoe ustnoe poetiçeskoe tvorçestvo” (şifahi xalq poetik yaradıcılığı) və ya “narodnoe poetiçeskoe tvorçestvo” (poetik xalq yaradıcılığı) kimi elmi ədəbiyyatlarda öz əksini tapır. Azərbaycan filologiyasının qaynağı türk və rus filologiyaları ilə sıx təmasda olduğundan “folklor” termininin elmi dövriyyəyə daxil edilməsi və formalaşması da qeyd olunan qaynaqlarla bağlı olaraq müəyyənləşmişdir. Çünki “Azərbaycan şifahi xalq ədəbiyyatı” adı bu gerçəkliyi özündə əks etdirir. Məqalədə şifahi xalq ədəbiyyatı nəzəri kontekstdə təhlilə cəlb edilir.
Açar sözlər: şifahi xalq ədəbiyyatı, təhlil, nəzəriyyə, forma, janr