DOI: https://doi.org/10.36719/2789-6919/57/163-166
Cavidan Məmmədov
Azərbaycan İdman Akademiyası
magistrant
https://orcid.org/0009-0008-6399-7190
сavidan.mammadov.2024@sport.edu.az
Futbolçularda diz oynağı zədələrindən sonra reabilitasiya prosesində tətbiq edilən fizioterapiya prosedurlarının bərpa dinamikasına təsiri
Xülasə
Bu tədqiqat I–II dərəcəli medial kollateral bağ (MCL) zədəsi keçirmiş 18–25 yaş arası 20 futbolçuda reabilitasiya prosesində fizioterapiya prosedurlarının effektivliyini qiymətləndirmək məqsədilə aparılmışdır. Tədqiqat iştirakçıları iki qrupa bölünmüşdür: birinci qrup (n=10) standart fizioterapiya prosedurları, ikinci qrup (n=10) isə həmin prosedurlarla yanaşı izometrik məşqlər almışdır. Müalicə proqramı 10 gün davam etmişdir. Nəticələr göstərmişdir ki, hər iki qrupda ağrı intensivliyi azalmış, diz oynağının hərəkət həcmi artmış və ümumi funksional bərpa göstəriciləri yaxşılaşmışdır. Lakin fizioterapiya ilə yanaşı, izometrik məşqlər tətbiq olunan qrupda bərpa dinamikası daha üstün olmuşdur. Bu qrupda ağrının azalması daha sürətli qeydə alınmış, 10-cu gündə göstəricilər daha yüksək olmuş, 90-cı gündə diz fleksiya bucağı daha yaxşı bərpa edilmişdir. Eyni zamanda, yüngül qaçışa, tam həcmli məşqlərə və rəsmi oyunlara qayıdış müddəti daha qısa olmuşdur. Alınmış nəticələr göstərir ki, fizioterapiya prosedurları ilə birlikdə izometrik məşqlərin tətbiqi gənc futbolçularda MCL zədələrindən sonra reabilitasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirir və funksional bərpanın keyfiyyətini artırır.
Açar sözlər: medial kollateral bağ, MCL zədələnməsi, futbolçular, fizioterapiya, izometrik məşqlər, reabilitasiya, ağrı sindromu