DOI: https://doi.org/10.36719/2706-6185/59/137-141
Gəray Qarayev
Azərbaycan İdman Akademiyası
https://orcid.org/0000-0003-4385-3065
geray.garayev@sport.edu.az
Rövşən Əliyev
Azərbaycan İdman Akademiyası
https://orcid.org/0009-0002-1937-6991
rovshan.aliyev.2024@sport.edu.az
Futbolda fasiləli məşq metodunun tədqiqi
Xülasə
Müasir futbolda qazanılan nəticələr məşqçilərin məşqlərdə tətbiq etdikləri məşq metodlarından müəyyən dərəcədə asılı olur, çünki futbolçuların futbol idman formasına sahib olması və onu nəticəyə gətirməsi bu metodların tətbiqi ilə əlaqədardır. Müasur futbolda qısa vaxt ərzində futbolçuların hazırlanmasında fasiləli məşq metodu çox aktual olmaqla az tədqiq olunmuş bir sahədir. Müasir futbolda əldə olunan nəticələr birbaşa olaraq məşq prosesinin elmi əsaslandırılmasından və məşqçilər tərəfindən tətbiq edilən metodiki yanaşmaların effektivliyindən asılıdır. Komandanın rəqabət qabiliyyətinin yüksəldilməsi, futbolçuların funksional hazırlıq səviyyəsinin optimallaşdırılması və idman formasının sabit saxlanılması məşq prosesinin düzgün planlaşdırılması və diferensial metodların tətbiqi ilə sıx bağlıdır. Xüsusilə yüksək intensivlik və dinamik oyun tələbləri ilə xarakterizə olunan müasir futbolda idman nəticələrinin təmin olunması üçün məşq metodlarının seçimi və onların tətbiq mexanizmlərinin elmi əsaslarla işlənməsi mühüm əhəmiyyət kəsb edir.
Son illərdə futbolun sürət-tempo göstəricilərinin artması, oyun ərzində yüksək intensiv qaçışların və sürətli keçidlərin çoxalması məşq prosesində yeni yanaşmaların tətbiqini zəruri etmişdir. Bu baxımdan fasiləli məşq metodu (interval xarakterli yüklənmələr) futbolçuların həm aerob, həm də anaerob imkanlarının inkişaf etdirilməsi, sürət-dözümlülük göstəricilərinin yüksəldilməsi və oyun ərzində funksional sabitliyin qorunması baxımından aktual metodlardan biri kimi çıxış edir. Fasiləli məşqlər qısa müddətli, yüksək intensiv yüklənmələrin müəyyən fasilələrlə növbələşdirilməsi prinsipinə əsaslanaraq enerji təchizatı sistemlərinin kompleks inkişafına şərait yaradır.
Açar sözlər: fasiləli məşq metodu, yüklənmə, məşq müddəti və fasilə, bərpa vasitələri