DOI: https://doi.org/10.36719/2663-4619/123/101-104
Rena Zülfiqarova
Ali Hərbi İnstitutut
https://orcid.org/0009-0001-0351-4731
renazulfiqarova@gmail.com
Xatirə Musayeva
Ali Hərbi İnstitutut
https://orcid.org/0009-0001-7102-7804
musayevaxatire11@gmail.com
Hərbi təhsil müəssisələrində The Gallery Work metodunun tətbiqi
Xülasə
Bu elmi məqalənin yazılmasında məqsəd, bu metodun istifadəsi zamanı hərbi təhsil müəssisələrində üstünlüklərini və yarana biləcək problemləri araşdırmaqdır. Tətbiq olunan müasir metodlardan biri də The Gallery Work metodudur. Son zamanlarda təhsildə istifadə olunan The Gallery Work metodu hərbi təhsil müəssisələrində də tətbiq olunaraq öyrənənlərin analitik düşüncə, komanda işi və kommunikasiya bacarıqlarının inkişafına böyük təsir göstərir. Burada belə bir sual meydana gəlir: The Gallery Work metodunun mahiyyəti və əhəmiyyəti nədən ibarətdir?
Xüsusi tipli təhsil müəssisələri verdiyi təhsili əsasən hansısa bir sahəyə fokuslanaraq təşkil edir. Belə təhsil müəssisələrindən biri də hərbi təhsili təşkil edən hərbi ali məktəbdir. Ümumilikdə deyə bilərik ki, hərbi təhsil müəssisələrinin əsas məqsədi ondan ibarətdir ki, bu təhsil müəssisəsi ordumuz üçün işində peşəkar ola biləcək hərbi kadrlar və zabit heyəti yetişdirsin. Belə təhsil müəssisələrində kursantlar təkcə nəzəri biliklərlə kifayətlənmir, həmçinin praktiki və taktiki vərdişlər də qazanırlar. Beləliklə, burada təhsil alan şəxslərdə vətənpərvərlik, milli-mənəvi dəyərlər formalaşdırılır.
Dövrün tələblərinə uyğun olaraq tədris prosesi müasir texnika və texnologiyalar vasitəsilə təşkil olunub, tədrisin keyfiyyətini artırmağa hədəflənən hərbi elmi-tədqiqat işləri ilə dəstəklənir. Bundan başqa, hərbi təhsil müəssisələrində təhsilin məqsədi təkcə nəzəri biliklərin öyrədilməsi deyil, həmçinin öyrənənlərin praktiki vərdişlərinin inkişaf etdirilib təkmilləşdirilməsi və onların döyüş şəraitinə uyğunlaşdırılmasıdır. Buna görə də təlim və tədrisin gedişatında kooperativ və interaktiv metodlardan istifadə olunur.
Açar sözlər: hərbi təhsil, The Gallery Work, metod, öyrənmə, bacarıq, praktika, nəzəri bilik