Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/50/69-72

Sevda Tağıyeva

Azərbaycan Dillər Universiteti

https://orcid.org/0009-0008-4734-2362

sevdatagiyeva804@gmail.com

 

Heydər Əliyev siyasətində dövlətçilik prinsipləri və milli

inkişaf modeli

 

Xülasə

 

Məqalədə ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsipləri, milli inkişaf modeli və bu modelin Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və mənəvi həyatında oynadığı mühüm rol ətraflı şəkildə araşdırılır. Tədqiqatda Heydər Əliyev siyasətinin strateji mahiyyəti və onun çox-şaxəli təsir mexanizmləri elmi əsaslarla təhlil olunur. Müəllif qeyd edir ki, Heydər Əliyev dövlət idarəçiliyində milli maraqların qorunması, dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi və hüquqi, demokratik, dünyəvi dövlətin qurulması kimi fundamental prinsipləri əsas istiqamət kimi müəyyənləşdirmişdir.

Məqalədə Heydər Əliyevin milli ideologiyanın – azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu və bu ideologiyanın cəmiyyətin mənəvi birliyini, milli özünüdərkini və dövlətçilik təfəkkürünü möhkəmləndirən ideya əsasları kimi əhəmiyyəti elmi baxımdan izah edilir. Nəticə etibarilə, Heydər Əliyevin siyasi irsi Azərbaycanın müasir inkişaf modelinin təməl daşı kimi təqdim olunur, onun dövlətçilik konsepsiyasının bu gün də ölkənin strateji kursunu müəyyən edən əsas ideoloji baza kimi aktuallığını qoruduğu qənaətinə gəlinir. Bu baxımdan məqalə mühüm əhəmiyyət daşıyır, xüsusi əhəmiyyət kəsb edir.

Açar sözlər: Heydər Əliyev, dövlətçilik, milli inkişaf, strategiya, ideologiya, müstəqillik

 

 


Baxış: 129