Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/76-81

Sevinc Dadaşova

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

doktorant

https://orcid.org/0000-0001-5315-3228

sevadadashova1111@gmail.com

 

Hüseyn Cavid əsərlərinin nəşr təkrarlığı üzrə növləri və

onların müqayisəli təhlili (stereotip, təkrar, düzəldilmiş, yenilənmiş və s. nəşrlər əsasında)

 

Xülasə

 

Azərbaycanın görkəmli şairi Hüseyn Cavidin yaradıcılığına və şəxsiyyətinə münasibət birmənalı olmamışdır. Şairin yaşadığı dövrün ictimai-siyasi vəziyyəti, onun ağır nəticələri bir çox ziyalı kimi Hüseyn Cavidin də üzərinə kölgə salmışdı. Şairin əsərləri uzun müddət qadağan olunmuş ədəbiyyat siyahısına daxil edilərək çapına izin verilməmiş, mövcud kitabları isə mağaza və kitabxana dövriyyəsindən çıxarılmışdı. Bu səbəbdən onun yaradıcılığının tədqiqi mərhələli şəkildə aparılmalı və hər dövrün mövcud kontekstindən çıxış edərək obyektiv təhlil edilməlidir. Təqdim etdiyimiz məqalədə mütəfəkkir şair Hüseyn Cavidin siyasi bəraətindən sonra 1957–1980-ci illər ərzində Azərbaycan dilində çap olunmuş əsərlərinin nəşr tarixini və redaktə xüsusiyyətlərini nəzərdən keçirəcəyik.

Açar sözlər: Hüseyn Cavid, dramaturq, nəşr, dram əsərləri, şeir, təhlil

 

 


Baxış: 33