Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

 

I kursda rəngkarlıq fənninin tədrisinin

metodik xüsusiyyətləri

 

Ruqiyyə Tağıyeva1* , Ayşə Məmmədova2

 

Xülasə. Məqalədə birinci kurslarda rəngkarlıq fənninin tədrisinin metodik xüsusiyyətləri və praktik məşğələlərin mərhələli təşkili araşdırılmışdır. Tədrisin sadədən mürəkkəbə doğru qurulmasının tələbələrin bədii yaradıcılıq qabiliyyətinin inkişafına təsiri əsaslandırılmışdır. Qrizayıl texnikasında həndəsi fiqurların, daha sonra məişət əşyalarının akvarellə təsviri zamanı forma, həcm, perspektiv, ton, işıq-kölgə və rəng münasibətlərinin mənimsənilməsi izah edilmişdir. Həmçinin drapirovkanın, işıqlandırmanın, isti və soyuq rənglərin qarşılıqlı təsiri, reflekslərin verilməsi və naturadan heyvanların qısa müddətli rəngli təsvirlərinin metodik xüsusiyyətləri təhlil edilmişdir. Aparılan təhlillər göstərir ki, metodik cəhətdən düzgün təşkil olunmuş rəngkarlıq məşğələləri tələbələrdə bədii bacarıqların, müşahidə qabiliyyətinin, yaradıcı təfəkkürün və peşə səriştələrinin formalaşmasına mühüm töhfə verir. Təklif olunan metodik yanaşmalar ali təhsil müəssisələrində rəngkarlıq fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Tədqiqatın nəticələri göstərir ki, mərhələli və sistemli tədris yanaşması tələbələrin rəng duyumu, kompozisiya qurmaq bacarığı, naturanı düzgün müşahidə etməsi və yaradıcı yanaşmasının inkişafına əlverişli şərait yaradır, onların gələcək peşə fəaliyyətinə hazırlıq səviyyəsini yüksəldir. Eyni zamanda, bu yanaşma tələbələrin müstəqil işləmək bacarığını möhkəmləndirir, nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirməsinə və rəngkarlıq üzrə peşəkar hazırlığının daha da təkmilləşdirilməsinə şərait yaradır.

 

Açar sözlər: rəngkarlıq, tədris metodikası, təsviri incəsənət təhsili, natürmort, akvarel, müşahidə, peşə səriştələri


Baxış: 4