DOI: https://doi.org/10.36719/2706-6185/57/53-56
Nicat Əliyev
Mingəçevir Dövlət Universiteti
https://orcid.org/0009-0002-9077-7325
loqopednicataliyev95@gmail.com
İbtidai təhsil dövründə məktəb-ailə əməkdaşlığı: kommunikasiyanın qurulması və təşkilati öhdəlik
Xülasə
Məqalə ibtidai təhsil dövründə məktəb-ailə münasibətlərinin quruculuğunda kommunikativliyin mühüm amil kimi vacibliyinə diqqət çəkməklə yanaşı, məktəbin bu münasibətlərin quruculuğunda təşkilati öhdəlik daşıdığı vurğulanmışdır. Tədqiqatçı məktəb və ailə arasında qurulmalı olan əməkdaşlığa təsir etmək üçün ailələrin məktəbə cəlb edilməsinin vacibliyini vurğulamış, bu prosesin əsasən müəllimlər tərəfindən planlaşdırılmalı olduğu qeyd edilmişdir. Məktəbin xüsusən aztəminatlı ailələrə və müxtəlif sosial-iqtisadi səviyyələrdən olan ailələrə, gənc yaşda valideyn olmuş valideynlərə, övladlığa götürənlərə, boşanmış valideynlərə daha çox diqqət yetirməli olduğu, onlarla məktəb-ailə kommunikativliyinin qurulmasının vacibliyi önə sürülmüşdür. Məqalədə ailələrin məktəblə əlaqəsinin düzgün qurulması yönündə xüsusi proqramların hazırlanmasının vacibliyi önə sürülmüşdür. Bu proqramlar valideynlər və müəllimlər arasında qarşılıqlı əlaqəni və əməkdaşlığı təşviq etmək, ailələrə valideynlik vəzifələrini yerinə yetirməyə kömək etmək, ailələri uşaqlarının təhsili və inkişafı barədə məlumatlandırmaq və dəstəkləmək, həmçinin uşaqları məktəbə gedərkən öyrənməyə hazırlamaq məqsədi daşıdığı qeyd edilmişdir. “İbtidai təhsil dövründə məktəb-ailə əməkdaşlığı: kommunikasiyanın qurulması və təşkilati öhdəlik” mövzusunda hazırlanmış məqalənin əsas məqsədi ailə-məktəb institutunun formalaşmasına diqqət çəkməkdir.
Açar sözlər: ibtidai təhsil, məktəb-ailə əməkdaşlığı, kommunikasiya, təşkilati öhdəlik