https://doi.org/10.36719/2706-6185/44/259-262
Təranə Hüseynova
Naxçıvan Dövlət Universit
https//orcid.org/0009-0001-7945-2004
teranehuseynova24@gmail.com
İfaçılıq sənətinin formalaşmasında fortepiano məktəbinin rolu
Xülasə
XVIII əsrdə fortepiano alətinin yaranması klavir ifaçılığında yeni bir dövrün təməlini atdı. Bu zaman musiqi dili, ifadəliliyi öz xarakterini dəyişdi, musiqi məzmununun çətinləşməsi not yazısının mürəkkəbləşməsi, müəllif tərəfindən əsərin dəqiq not təfsirini şərtləndirdi. Klassisizm dövründən əvvəl meydana gələn bir çox tendensiyanin nəticəsi olaraq, əsərlərdə dolğunluq, dinamiklik, ziddiyyət daha böyük ölçüdə təcəssüm olundu. Bu da dinamikada inqilaba səbəb oldu.
1937-ci ildən Azərbaycanın dahi bəstəkar Ü. Hacıbəylinin Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etməyə başlaması bütün sahələrin inkişafı, o cümlədən piano ifaçılığında da yeni mərhələnin başlanğıcı olur. Ü. Hacıbəyli milli musiqiçi kadrların yetişdirilməsi işinə gənc mütəxəssisləri cəlb edir və 1939-cu ildə Azərbaycanda professional səviyyədə təhsil almış ilk piano ifaçısı Kövkəb Səfərəliyeva konservatoriyada fortepiano ifaçılığı sinfinin başına gətirilir. Bundan sonra D. M. Muradova və Y. U. Pers də bu işə cəlb edilir.
Beləliklə, Azərbaycan fortepiano ifaçılığı məktəbi uzun illəri əhatə edən inkişaf yolu qət edərək özü ilə bərabər fortepiano ifaçılığı öyrənilən təhsil sisteminə maraqlı dərsliklər bəxş etmişdir. Ayrı-ayrı illərdə fəaliyyət göstərən müəllimlər öz iş təcrübələrində əldə etdikləri bilik və vərdişləri ümumiləşdirərək, ifaçılıq sənətində əzəmətli məktəb və sistem yaratmışlar
Açar sözlər: Azərbaycan, professional, bəstəkar, janr, konsert, musiqi