Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/114-118

Kənan Novruzov

Bakı Dövlət Universiteti

 doktorant

n.kenan99@mail.ru

https://orcid.org/0009-0003-3220-7276

 

İkinci Qarabağ müharibəsi: Azərbaycan KİV-də analitik

jurnalistika sisteminin təsiri

 

Xülasə

Analitik jurnalistika İkinci Qarabağ müharibəsi dövründə özünün əhəmiyyətini və rolunu bir daha aydın göstərdi. Bu janr nümunələri İkinci Qarabağ müharibəsi və onun nəticələrinin təhlili baxımından mühüm əhəmiyyət kəsb etdi. Biz bunu təkcə mətbuatda deyil, bütünlükdə KİV sis­temində aydın gördük. Elmi məqalənin yazılmasında əsas məqsəd 44 günlük müharibə dövründə analitik jurnalistika nümunələrinin təhlilidir. Məqalədə müxtəlif KİV-dəki analitik janr nümunələri təhlilə cəlb edilib. Həmçinin müxtəlif janr nümunələrinin səciyyəvi cəhətləri nəzərə alınıb. Məqa­lədə konkret nümunələrə də müraciət olunub. Beləliklə, əyanilik təmin edilib.

Elmi məqalədə medianın təkcə İkinci Qarabağa müharibəsi dövründəki fəaliyyəti təhlil edil­məyib. Həm də ondan əvvəlki dövr araşdırılılıb, savaşın başlanma səbəblərinin KİV-dəki əksi araşdırılıb. Eyni zamanda post-müharibə dövründəki yeni reallıqların ictimaiyyətə çatdırılmasında da analitik jurnalistikanın rolundan söz açılıb. İkinci Qarabağ müharibəsi bir konflikt kimi həm də analitik jurnalistikanın ictimai həyatdakı rolunu önə çıxardı. Beləliklə, bir daha aydın oldu ki, bu janr nümunələrinin bir çoxunun, o cüm­lədən müsahibə, məqalənin indiyə qədər aktuallığını itirməməməsi təsadüfi deyil. Elmi məqalədə həm də bu məsələlərə toxunulub.

Açar sözlər: media, jurnalistika, janr, informasiya, müharibə


Baxış: 79