Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Zəhra Abbas qızı Allahverdiyeva
AMEA, Nizami adına Ədəbiyyat institutu

MÜASİR AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞININ PRİORİTET VƏZİFƏLƏRİ
Xülasə

Nizami Gəncəvi irsi Azərbaycan xalqının mənəvi sərvətidir və bu sərvətin qorunması, tədqiqi və təbliği  Azərbaycan dövlətinin yeritdiyi siyasətin tərkib hissəsi olaraq daim diqqət mərkəzindədir. 
Məlumdur ki, hələ XX əsrdə Azərbaycan nizamişünaslığı öz monumental töhfələri ilə dünya elmi tarixində yeni bir səhifə açmışdır. Bu dövrdə Nizami Gəncəvi əsərlərinin elmi-tənqidi mətnlərinin hazırlanması, nəşri, tərcüməsi, tədqiqi və təbliği sahəsində görülən uğurlu işlər dünya miqyasında əzəmətli bir məktəbin – Azərbaycan nizamişünaslıq məktəbinin varığını bir daha təsdiq etmişdir. 
Göstərilən bütün səylərə baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, son dövrlərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və mənşəyi haqqında bir sıra ciddi təhriflərin veb saytlarda yerləşdirilməsi və yanlış informasiyaların yayılması dünya şərqşünaslıq elminin səviyyəsinə və nailiyyətlərinə kölgə salmaqla yanaşı, Azərbaycan nizamişünaslığının inkişafına da əngəllər törədir. 
Bu qüvvələr Nizami Gəncəvinin milli mənsubiyyətini saxtalaşdırır, erməni havadarlarının dəstəyi ilə ərsəyə gətirdikləri ziyanlı kitab və məqalələrini nəşr etdirir, Azərbaycan alimlərinin obyektiv elmi tədqiqatlarını şübhə altına alaraq onları “etnik millətçi” adlandırır, tariximizə, mədəniyyətimizə iftiralar atmağa cəhd edirlər. Lakin bu cəhdlərin heç bir elmi əsası olmadığı üçün uğursuzluğa düçar olurlar.
Qeyri-peşəkar və qərəzli yazılardan bəlli olur ki, bu şəxslərin Nizami Gəncəvi yaradıcılığından heç xəbərləri yoxdur. Çünki bütün yaradıcılığı boyu öz türklüyü ilə fəxr edən Nizami Gəncəvi, Şərqin tarixindən aldığı əsrarəngiz mövzularda türkün cəsur qəhrəmanlarını və nazənin türk gözəllərini, ana yurdu Azərbaycanı, onun vilayət və şəhərlərini, dünyaya göz açdığı doğma Gəncəsini böyük bir məhəbbətlə vəsf etmişdir.
Açar sözlər: Nizami Gəncəvi, vikipediya, təhrif, mətnşünaslıq, dil

Priority tasks of the modern Azerbaijani Nizami study
Summary
The heritage of Nizami Ganjavi is the spiritual wealth of the Azerbaijani people, and the protection and research of this heritage are in the spotlight as a part of the political action of Azerbaijan’s government.
Unfortunately, the recent publication of the series of articles with distortions about the life and origin of the great Azerbaijani poet Nizami Ganjavi on websites, as well as the dissemination of false information, not only compromise the level and achievements of world orientalists, but also impede the development of Azerbaijani Nizami studying.
Executors of Armenian interests falsify Nizami Ganjavi’s nationality, publish motiveless books and articles, consider Azerbaijani scientists as “ethnic nationalists,” and reinterpret our history and culture. However, these attempts are doomed to failure due to the absent of scientific justification.
The purpose of this article is not to list the distortions, but to study the sources and causes of these aberrations.
Key words: Nizami Ganjavi, wikipedia, distortion, textology, language

MƏQALƏNİ YÜKLƏ [433,31 Kb] (yüklənib: 55)

Baxış: 784
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]