Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/84/73-77

Ülkər Elçin qızı Fərzəliyeva

Xəzər Universiteti

magistrant

ulker.farzaliyeva@khazar.org


TƏLƏBƏLƏRİN AKADEMİK MOTİVASİYASINA TƏSİR EDƏN AMİLLƏR


Xülasə

Motivasiya fərdin akademik həyatına müxtəlif təsirlər göstərir. Motivasiya anlayışını davranışa enerji və istiqamət verən, fərdlərin müəyyən məqsədlərə doğru yönəlməsinə şərait yaradan qüvvələr kimi müəyyən etmək olar. Məlum olub ki, motivasiya səviyyəsi yüksək olan tələbələrin akademik nailiyyətləri yüksəkdir. Bir çox tədqiqatlar müəyyən etmişdir ki, tələbələrin motivasiya səviyyələri onların akademik məqsədlərə nail olmaq səyləri ilə bağlıdır. Akademik motivasiya tələbələrin təhsil prosesində göstərdikləri davranışların mühüm təyinedicilərindən biridir. Bu tədqiqatın məqsədi tələbələrin akademik motivasiyasına təsir edən amilləri müəyyən etməkdir. Nəticə etibarı ilə, tədqiqat motivasiyanın tələbənin akademik həyatına təsirini üzə çıxardıqda, tələbənin akademik həyatında motivasiyanın yüksək rol oynadığı görünür. Bununla belə, aşağı motivasiya tələbənin akademik həyatına müəyyən mənfi təsir göstərir. Sinif mühitində effektiv və səmərəli təlim-tədris prosesini həyata keçirmək üçün müəllim planlı və proqramlı olmalı, tədris mühitində müvafiq metod, texnika və materiallardan səmərəli istifadə etməli, yaxşı biliyə malik olmalı, yaxşı bələdçi olmalı, ilk növbədə, tələbələri müvafiq fənnə həvəsləndirməli və bunu kurs boyu qoruyub saxlamalıdır.

Açar sözlərakademik motivasiya, motivasiya, tələbə, akademik performans, daxili motivasiya, xarici motivasiya


Ulkar Elchin Farzaliyeva


Factors influencing students' academic motivation


Abstract

Motivation has various effects on an individual's academic life. It is possible to define the concept of motivation as the forces that give energy and direction to behavior and enable individuals to turn towards certain goals. It has been found that students with high motivation levels also have high academic achievement. Many studies have found that students' motivation levels are related to their efforts to achieve academic goals. Academic motivation is one of the important determinants of the behaviors that the students display in the education process. The purpose of this study is to identify the factors that affect students' academic motivation. As a result, when research reveals the impact of motivation on a student's academic life, it appears that motivation plays a high role in a student's academic life. However, low motivation has some negative effects on the academic life of the student. In order to carry out an effective and efficient learning-teaching process in the classroom environment, the teacher should be planned and programmed, use the relevant methods, techniques and materials effectively in the teaching environment, have good knowledge, be a good guide, and first of all motivate the students to the relevant subject and it is important to maintain this throughout the course. 

Keywords: academic motivation, motivation, academic performance, student, extrinsic motivation, intrinsic motivation


MƏQALƏNİ YÜKLƏ [643.38 Kb] (yüklənib: 28)

Baxış: 344
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az