DOI: https://doi.org/10.36719/2663-4619/84/78-82
Mirvanə Salman qızı Mehbalıyeva
Azərbaycan Texniki Universiteti
magistrant
mirvana@list.ru
QARABAĞ İQTİSADİ RAYONUNDA TURİZMİN İNKİŞAFININ MÖVCUD VƏZİYYƏTİNİN TƏHLİLİ
Xülasə
Turizm ən fəal istirahət və əyləncə növlərindən biridir və iqtisadi cəhətdən faydalı olmaqla yanaşı, müxtəlif sosial-mənəvi, mədəni-siyasi və kulturoloji funksiyaların reallaşmasında mühüm rol oynayır. Turizm, dünya miqyasında əhəmiyyətindən əlavə, kommersiya maraqlarını birləşdirən və müxtəlif xalqlar arasında əlaqələri idarə edən, beləliklə, əlaqə dairəsini genişləndirən bir sektordur. Bütün dünyada turizmin inkişafı ölkələrin və sivilizasiyaların inkişafı üçün çox vacibdir. Turizmin genişlənməsi və inkişafı nəticədə beynəlxalq maliyyə institutlarının və təşkilatlarının diqqətini cəlb etmişdir (Hüseynov,2007:126). Turizm yerli və regional səviyyədə, eləcə də milli səviyyədə sosial siyasətə əhəmiyyətli təsir göstərir. Son illər hökumətin səyləri nəticəsində Azərbaycan dünyada yeni turizm məkanı kimi tanınmağa başlayıb və onun dünya turizm sənayesinə inteqrasiyası təmin edilib. Qarabağ bölgəsinin turizm sənayesi çox böyük potensiala malikdir. Bu bölgənin olduqca zəngin, mənzərəli, misilsiz təbiətə və tarixi abidələrə malik olduğunu nəzərə alsaq, bu regionun Azərbaycanın əsas turizm zonalarının birinə çevrilməsi ehtimalı yüksəkdir.
Məqalədə Qarabağ iqtisadi rayonunda turizmin gələcək inkişafının marketinq aspektləri tədqiq edilmiş, turizm sektorunun rəqabət qabiliyyətinin artırılması və xarici ölkələrdən xeyli sayda turistin ölkəmizə cəlb edilməsi məsələsinə toxunulmuşdur.
Açar sözlər: Dağlıq Qarabağ iqtisadi rayonu, turizm, dövriyyə kapitalı, regional turizm, işğaldan azad edilmiş rayonlar
Mirvana Salman Mehbaliyeva
Analysis of the current situation of the development of tourism
in the Karabagh economic region
Abstract
Tourism is one of the most active types of recreation and entertainment and, in addition to being economically useful, plays an important role in the realization of various socio-spiritual, cultural-political and culturological functions.
Tourism, in addition to its importance worldwide, is a sector that integrates commercial interests and manages relationships between different peoples, thus expanding the range of contacts. The development of tourism all over the world is very important for the development of countries and civilizations.The expansion and development of tourism has ultimately attracted the attention of international financial institutions and organizations.
Tourism has a significant impact on social policy at the local and regional levels, as well as at the national level. As a result of the efforts of the government in recent years, Azerbaijan has become known in the world as a new tourist destination and its integration into the world tourism industry has been ensured.
The tourism industry of the Karabakh region has great potential. Given the fact that the Karabakh region is very rich, picturesque, has unique nature and historical monuments, it is highly likely that this region will become one of the main tourist zones of Azerbaijan. The article studied marketing aspects of the future development of tourism in the Nagorno-Karabakh economic region, touched upon the issue of increasing the competitiveness of the tourism sector and attracting a large number of tourists from foreign countries to our country.
Keywords: Nagorno-Karabakh economic region, tourism, working capital, regional tourism, liberated regions