DOI: https://doi.org/10.36719/2789-6919/13/19-22


Şükran Qurban oğlu Hacızadə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant hacizadesukran@gmail.com


AZƏRBAYCANDA BÖLGƏ TURİZMİNİN İNKİŞAF PROBLEMLƏRİ


Xülasə

Turizmdə problemlər ümumi olsa da, regionun bir sıra spesifik xüsusiyyətlərinə görə dünyanın müxtəlif yerlərində bu problemlərin sayı və çeşidi müxtəlifdir. Təbii ki, qeyd olunan problemlərin həllində əsas rolu dövlətin bu sahədə fəaliyyət göstərən müvafiq qurumlarının yüksək nəzarəti oynamalıdır. Dövlət nəzarətini gücləndirməklə, turizm kimi iqtisadiyyatın inkişafında yüksək payı olan sahənin perspektivinin artırılmasında maraqlı olmalıdır. Ölkədə məşhur olan və ən çox yayılmış turizm növlərindən biri bölgə turizmidir. Bu turizmdən yararlananların böyük hissəsi isə ölkə əhalisidir. Ölkə əhalisinin çox hissəsinin aşağı və orta gəlirli olduğunu nəzərə alarsaq əgər, istirahət üçün bölgələrə üz tutanların maraqlandığı başlıca məsələ qiymət mövzusudur. Belə olan halda turizm bazarının iştirakçılarının bu mövzuda yanaşmasının müxtəlifliyinə nəzər yetirəcəyik. Müxtəlif yanaşmalar olmasına baxmayaraq göstərilən xidmətlərin müəyyən standartlar çərçivəsində olması turizmin inkişafı üçün mütləqdir.

Açar sözlər: turizm, bölgə turizmi, iqtisadiyyat, problemlər, standartlar, həll yolları


Shukran Gurban Hajizade 


Development problems of regional tourism in Azerbaijan

Abstract

Although the problems in tourism are common, the number and variety of these problems varies in different parts of the world due to a number of specific characteristics of the region. Of course, the main role in solving the mentioned problems should be played by the high control of relevant institutions of the state operating in this field. By strengthening the state control, it should be interested in increasing the perspective of a field with a high stake in the development of the economy, such as tourism. One of the popular and most common types of tourism in the country is regional tourism. Most of the people who benefit from this tourism are the country's population. If we take into account that most of the country's population has a low and medium income, the main issue that concerns those who go to the regions for rest is the price issue. In this case, we will look at the diversity of the approach of the participants of the tourism market in this regard. Although there are different approaches, it is necessary for the development of tourism that the services provided are within certain standards.

Keywords: tourism, regional tourism, economy, problems, standards, solutions

MƏQALƏNİ YÜKLƏ [218 Kb] (yüklənib: 13)


Baxış: 270
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az