DOI: https://doi.org/10.36719/2663-4619/86/58-62
Könül Şaiq qızı Bayramova
Gəncə Dövlət Universiteti
YOVŞAN BİTKİSİNİN İN VİTRO ŞƏRAİTİNDƏ ANTİHELMİNT TƏSİRİNİN ÖYRƏNİLMƏSİ
Xülasə
Azərbaycan florası dərman bitkiləri ilə zəngindir. Kimyəvi preparatlardan üstünlüyü ilə fərqlənən bitki mənşəli vasitələrdən istifadə etmək daha səmərəlidir. Belə bitkilərdən olan yovşan Azərbaycan ərazisində çox geniş yayılmışdır. Zəngin tərkibə malik olan yovşan bitkisi tibb sənayesində geniş istifadə olunur. Antihelmint tərkibli yovşan bitkisinin tətbiqindən sonra parazitlərin bəzi sistemlərində patomorfoloji dəyişkənliklər müşahidə olunur. Yovşandan hazırlanmış dəmləmələrin in vitro şəraitində helmintlərə təsir mexanizmini müəyyən etmək üçün bir neçə mərhələli təcrübələr aparılmışdır. Məlum olmuşdur ki, sestod 220 dəqiqədə, trematod 240 dəqiqədə və nematod 235 dəqiqədə yovşan bitkisinin təsirindən in vitro şəraitində məhv olmuşdur.
Açar sözlər: yovşan, in vitro, parazit, antihelmint, dərman bitkiləri, ev quşları
Konul Shaig Bayramova
Ganja State University
konul.bayramova.2911@mail.ru
Study of antihelmintic effect of wormwood plant in vitro
Abstract
The flora of Azerbaijan is rich in medicinal plants. It is more effective to use herbal remedies, which differ in their advantages from chemical preparations. Wormwood from such plants is very widespread in the territory of Azerbaijan. Wormwood, which has a rich composition, is widely used in the medical industry. Pathomorphological changes are observed in some systems of parasites after the application of wormwood containing anthelmintic. In order to determine the mechanism of action of wormwood infusions on helminths in vitro, several staged experiments were conducted. It was found that cestodes were destroyed in 220 minutes, trematodes in 240 minutes and nematodes in 235 minutes under the influence of wormwood in vitro.
Keywords: wormwood, in vitro, parasite, antihelmintic, medicinal plants, domestic birds