DOI: https://doi.org/10.36719/2707-1146/28/27-33
Hüseyn Məhəmməd oğlu Novruzov
Naxçıvan Dövlət Universiteti
dissertant
esger.novruz.1986@gmail.com
Həbib Təyyar oğlu Hüseynov
Naxçıvan Dövlət Universiteti
biologiya üzrə fəlsəfə doktoru
huseynovhebib@ndu.edu.az
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YAYILMIŞ PASSERİFORMES DƏSTƏSİNİN QARANQUŞLAR (HİRUNDİNİDAE) VƏ TORAĞAYLAR (ALAUDİDAE) FƏSİLƏSİNƏ DAXİL OLAN QUŞLARIN AUTEKOLOGİYASI
Xülasə
Naxçıvan MR-də Passeriformes dəstəsinin qaranquşlar və torağaylar fəsiləsinə daxil olan quşların autekologiyası mövzusunda aparılan tədqiqat işi faunistik baxımdan böyük əhəmiyyətə malikdir. Tədqiqat işinin gedişi müasir metodikadan istifadə edilərək ədəbiyyat materialları əsasında qaranquşların və torağayların növ tərkibi dəqiqləşdirilmişdir. Bundan sonra həmin quşların köçmə ardıcıllığı, yayılma arealı, yuva qoyması və s. öyrənilmişdir. Bunun da Naxçıvanın ornitofaunasının öyrənilməsində böyük faydası vardır.
Bundan başqa tədqiqat işinin müsbət cəhətlərindən biri də hər iki fəsiləyə daxil olan quşların gəlib-getmə vaxtlarının dəqiq müəyyən edilməsidir. O, cümlədən oturaq quşların həyat tərzi, regiondaxili yerdəyişmələri, qidalanması, yumurtaqoyma ardıcıllığının öyrənilməsi təqdirəlayiqdir.
Tədqiqat nəticəsində məlum olmuşdur ki, bu ərazidə qaranquşların 4 növü, torağayların isə 8 növü yayılmışdır. Qaranquşların hamısı köçəri həyat tərzi keçirir. Torağayların isə 5 növü oturaq, 3 növü yuvalayandır.
Açar sözlər: növ tərkibi, həyat tərzi, autekologiya, yayılma arealı, yuva qoyması
Huseyn Mahammad Novruzov
Nakhchivan State University
dissertation student
esger.novruz.1986@gmail.com
Habib Tayyar Huseynov
Nakhchivan State University
PhD in biology
Autecology of birds belonging to swallows and larks of passeriformes order distributed in the land of Nakhchivan Autonomous Republic
Abstract
The research case on the autecology of the swallows and larks of the Passeriformes order in Autonomous republic of great importance from the faunistic point of side The course of the research work was carried out using modern methodology, and the species composition of swallows and larks was specified based on literature materials. After that, the migration sequence, distribution area, nesting, etc. of those birds has been studied. This is also has important benefit in the study of the bird fauna of Nakhchivan. In addition, one of the positive aspects of the research work is the exact determination of the arrival and departure times of the birds included in both seasons. In addition, the study of the lifestyle of sedentary birds, intra-regional movements, feeding, and the sequence of egg-laying is commendable. As a result of the research, it was found that 4 species of swallows and 8 species of larks are common in this area. All swallows lead a nomadic lifestyle. 5 species of larks are sedentary and 3 species are nesting.
Keywords: species composition, lifestyle, autecology, distribution area, nesting