DOI: https://doi.org/10.36719/2663-4619/89/34-39
Aynurə Qurbanova
Odlar Yurdu Universiteti
dissertant
aynuragurbanova84@gmail.com
DİL MATERİALININ EKSPERİMENTAL-FONETİK TƏHLİLİ
Xülasə
Elliptik söyləmlərin eksperimental-fonetik təhlili dialoji nitqin, birincisi, intonasiya modellərini müəyyənləşdirməyə, ikincisi, intonasiya və leksik-qrammatik xüsusiyyətlərini təyin etməyə, üçüncüsu, seçilmiş dil materialında intonasiyanın praqmatik, ritorik funksiyalarını aşkar etməyə imkan verir. Dil materialının təhlili göstərir ki, sintaqmların sonunda qeydə alınmış tonun qalxması və ya hamar ton tipik və müntəzəm ton konturlar deyil, yəni sintaqmların prosodik tərtibini semantik (kommunikativ) məzmunla əlaqələndirmək olmur.
Söyləmin prosodik təşkili hazırda yalnız fonetik deyil, həm də sintaktik, semantik, diskursiv və koqnitiv tədqiqatların diqqət mərkəzindədir. İntonasiya vasitələri söyləmin real danışıq prosesində əlaqəliliyin və bütövlüyün təmin edilməsinə xidmət edir. İntonasiya konkret kommunikasiya şəraitində danışığın adekvat qavranılmasını təmin edir.
Açar sözlər: sintaqm, prosodika, kontekst, intonasiya, ton, supraseqment
Aynura Gurbanova
Odlar Yurdu University
dissertatist
aynuragurbanova84@gmail.com
Experimental-phonetic analysis of language material
Abstract
The experimental-phonetic analysis of elliptic utterances allows, firstly, to determine the intonation patterns of dialogic speech, secondly, to determine the intonation and lexical and grammatical features, and thirdly, to identify the pragmatic, rhetorical functions of intonation in the selected language material. An analysis of the linguistic material shows that the raised tone or smooth tone recorded at the end of syntagmas are not typical and correct tonal contours, that is, the prosodic composition of syntagmas can not be associated with semantic (communicative) content. The prosodic organization of speech is currently the focus of not only phonetic, but also syntactic, semantic, discursive and cognitive studies. Intonation means serve to ensure coherence and integrity in the real conversational process of speech. Intonation provides an adequate understanding of speech in specific communication conditions.
Keywords: syntagma, prosody, context, intonation, tone, supersegment