DOI: https://doi.org/10.36719/2663-4619/89/274-279
Nicat Həsənov
Bakı Dövlət Universiteti
magistrant
nijat.hasanov@isrholdingltd.com
ƏMLAK HÜQUQU KİMİ UZUFRUKTLA BAĞLI QANUNVERİCİLİK NORMALARININ TƏHLİLİ VƏ MÖVCUD PROBLEMLƏR
Xülasə
Roma hüququna görə, məhdud əşya hüquqları fərdlərin əmlaka tam sahiblik etmədən müəyyən hüquq və fayda əldə etmələrinin ümumi yolu idi. Bu məhdud əşya hüquqları uzufrukt, servitutlar və s. kimi bir neçə müxtəlif növ qanuni maraqları əhatə edirdi. Uzufrukt başqasının əmlakından müəyyən müddət ərzində istifadə etmək və ondan fayda götürmək üçün məhdud əşya hüququdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyində özgəsinə məxsus olan əşyadan istifadə edilməsi və ondan gəlir, bəhər götürülməsi, habelə bu hüquqlara xitam verilməsi qaydası konkret olaraq müəyyən edilmiş, lakin qanunvericilik normalarının bəzilərində münasibətlərə tətbiq baxımından müəyyən çətinliklər yaranır. Hazırkı araşdırmanın mövzusunu məhdud əşya hüququnun növü olan uzufrukt hüququnun qanunvericilik, nəzəriyyə və təcrübənin qarşılıqlı təhlili əsasında mövud olan problemlərin aradan qaldırılması üsullarının təsbit edilməsi təşkil edir.
Açar sözlər: əmlak hüquqları, məhdud əşya hüquqları, uzufrukt, servitut, istifadə hüququ, uzufruktla bağlı mövcud normalar
Nijat Hasanov
Baku State University
master student
nijat.hasanov@isrholdingltd.com
Analysis of legislative norms related to usufruct as a property
right and existing problems
Abstract
Under Roman law, limited property rights were a common way for individuals to gain certain rights and benefits without full ownership of a property. These limited property rights included several different types of legal interests, such as usufruct, servitudes, and etc. In the Civil legislation of the Republic of Azerbaijan, the procedure for the use of property belonging to one's own and the taking away of income and property from it, as well as the procedure for terminating these rights, are specifically defined, but in some of the legislative norms, certain difficulties arise in terms of application to relations. The topic of the present study is the identification of the methods of overcoming the problems of the usufruct right, which is a type of limited property right, based on the mutual analysis of legislation, theory and practice.
Keywords: property rights, limited property rights, usufruct, servitude, right of use, existing norms related to usufruct