Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv

DOI: https://doi.org/10.36719/2707-1146/31/69-74

Jalə İsgəndərova

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru

[email protected]

Sona Yadigarova

Azərbaycan Tibb Universiteti

yadigarovas@mail.ru


ANADANGƏLMƏ TOKSOPLAZMOZUNKLİNİK - EPİDEMİOLOJİ ASPEKTLƏRİ


Xülasə

Anadangəlmə toksoplazmoz - Toxoplasma gondii paraziti vasitəsilə gözlərdə törədilən infeksiyadır. Toksoplazmoz bütün dünyada gözlərdə iltihabın yaranmasının ən geniş yayılmış səbəblərindən biridir. Anadangəlmə toksoplazmoz zamanı gözlərin zədələnməsi dölün ana orqanizminin qanında sirkulyasiya edən toksoplazmalarla bətndaxili yoluxma dövründə baş verir. Toksoplazmoz infeksiyası adətən torlu qişanı zədələyir və əvvəlcə simptomsuz şəkildə gedir. Bununla belə, qeyri-aktiv parazit sonradan aktivləşərək gözlərdə ağrılara, görmənin dumanlanmasına səbəb olmaqla, son nəticədə korluğa gətirib çıxarır. Anadangəlmə toksoplazmozun klinikası müxtəlif yaş dövrlərində bir neçə orqanın zədələnməsi və kliniki təzahürlərin manifestasiyası ilə müşayiət olunan polimorfizmlə xarakterizə olunur. Ən tez-tez qeydə alınan simptom anadangəlmə toksoplazmoz diaqnozunu təsdiq edən spesifik toksoplazma xorioretinitidir. Toksoplazmoz çox zaman görmənin müvəqqəti və ya daimi olaraq pisləşməsinə səbəb olan iltihabi prosesə və çapıqların əmələ gəlməsinə səbəb olur.

Açar sözlər: toksoplazmoz, Toxoplasma gondii, klinik formalar, oftalmoloji müayinə, anadangəlmə toksoplazmoz, xorioretinit.


Jala Isganderova

Azerbaijan Medical University 

Doctor of Philosophy in Medicine

[email protected]

Sona Yadigarova

Azerbaijan Medical University

[email protected]


Clinical and epidemiological aspects of congenital toxoplasmosis


Abstract

Congenital toxoplasmosis is an eye infection caused by the Toxoplasma gondii parasite. Toxoplasmosis is one of the most common causes of eye inflammation worldwide. Eye damage during congenital toxoplasmosis occurs during intrauterine infection of the fetus with toxoplasmas circulating in the blood of the mother's body. Toxoplasmosis infection usually damages the retina and is initially asymptomatic. However, the inactive parasite later becomes active, causing pain in the eyes, blurred vision, and eventually blindness. The clinic of congenital toxoplasmosis is characterized by polymorphism, accompanied by damage to several organs and the manifestation of clinical manifestations at different ages. The most frequently recorded symptom is specific toxoplasma chorioretinitis, which confirms the diagnosis of congenital toxoplasmosis. Toxoplasmosis often causes an inflammatory process and scarring that causes temporary or permanent vision loss.

Keywordstoxoplasmosis, Toxoplasma gondii, clinical forms, ophthalmological examination, congentinal toxoplasmosis, chorioretinitis

MƏQALƏNİ YÜKLƏ [281,94 Kb] (yüklənib: 57)

Baxış: 190
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]