Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv

DOI: https://doi.org/10.36719/2707-1146/32/31-37

Mahirə Vəliyeva 

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu

aqrar elmlər üzrə fəlsəfə doktoru  

mahireveliyeva54@gmail.com


GÜNƏŞ RADİASİYASININ ELEMENTLƏRİ VƏ PAMBIQ TARLASININ

RADİASİYA BALANSI


Xülasə

Tədqiqatda pambıq bitkisinin inkişaf fazaları üzrə günəş radiasiyasının miqdarı bir-birindən kəskin fərqlənən üç müxtəlif suvarma rejimində ölçülmüşdür. Ümumi günəş radiasiyasının elementləri saat 13-15 radələrində 1,24-1,45 kal/sm2, yarımsəhra xarakterli sahədə isə 1,28-1,49 kal/sm2 olmuşdur. Pambıq bitkisinin müxtəlif inkişaf fazalarında fitoiqlimin əsas xarakterini yalnız  günəş radiasiyasının elementləri ilə izah etmək olar. Bundan başqa tədqiqatda müxtəlif su-qida rejimləri fonunda pambıq bitkisinin inkişaf fazaları üzrə FFR (fotosintetik fəal radiasiya) ölçülmüşdür. Müəyyən olunmuşdur ki, pambıq tarlasında müxtəlif suvarma rejimləri şəraitində FFR o qədər də kəskin fərqə malik deyil, lakin buna baxmayaraq kənd təsərrüfatı bitkilərinin, o cümlədən pambıq bitkisinin böyümə, inkişaf və məhsuldarlığına çox böyük təsir etmişdir.

Açar sözlər: günəş radiasiyası, düz və səpələnmiş şüalar, albedo, radiasiya balansı, fotosintetik fəal radiasiya, suvarma rejimi, sərt, optimal, yüksək


Mahira Valiyeva 

Scientific Research Institute of Plant Protection and Technical Plants

Ph.D in Agricultural Sciences

mahireveliyeva54@gmail.com


The elements of solar radiation and radiation balance of the cotton field


Abstract

In the study the amount of solar radiation had been measured over the stages of development of cotton under three deeply differing irrigation regimes. Elements of total solar radiation formed 1.24-1.45 cal/cm2 at 13-15 a.m. and 1.28-1.49 cal/cm2 in the semi-desert area. The main character of the phytoclimate at different stages of development of cotton can be explained only by elements of solar radiation. In addition, in the study on the stages of development of cotton, PAR (photosynthetic active radiation) had been measured on the background of various water-nutritional regimes. It was defined that under the conditions of various irrigation regimes on the cotton field, the PAR had no signifficant differences, but, nevertheless, it significantly affectedt on the growth, development and productivity of agricultural crops, including cotton.

Keywords: solar radiation, direct and scattered radiation, albedo, radiation balance, photosynthetic active radiation, irrigation regime, hard, optimal, high 


MƏQALƏNİ YÜKLƏ [450.76 Kb] (yüklənib: 24)


Baxış: 288
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az