Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv

DOI: https://doi.org/10.36719/2707-1146/32/66-71

Günay Verdiyeva

Azərbaycan Dövlət Aqrar Universiteti

verdiyeva_gunay@mail.ru

Əlvan Tağıyeva

Azərbaycan Dövlət Aqrar Universiteti

tagiyevaelvan@gmail.com


RESPUBLİKANIN QƏRB ZONASINDA QUŞLAR ARASINDA GENİŞ YAYILMIŞ ASKARİDİOZ XƏSTƏLİYİNƏ QARŞI APARILAN MÜBARİZƏ TƏDBİRLƏRİ


Xülasə

Məqalədə Respublikanın qərb zonasında quşlar arasında geniş yayılmış askaridoz xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərindən bəhs olunur. Quşların helmintozlarına qarşı aparılan ən yaxşı effektiv preparatlar fenbendazol, nilverm, mebednazol, fenesal, filiksan, hiperazindir. Bu dərmanlar yemlə birlikdə və ya suda məhlul halında, onların təlimatına uyğun dozada və qaydada verilməlidir. Tədqiqat işi Şəmkir  rayonunda yerləşən “Çinarlı” kəndli fermer təsərrüfatında, “Baytarlıq təbabəti” fakültəsinin “Epizootologiya, mikrobiologiya və parazitologiya” kafedrasının laboratoriyasında aparılmışdır. Döşənəklər və quşların kalı biotermiki və ya termiki üsullarla zərərsizləşdirilməli, binalar və avadanlıqlar müntəzəm olaraq dezinvaziya edilməli, quş damlarının girəcəyində dezinvaziyaedici yer düzəldilməli, düşərgə şəraitində saxlanılan quşların yeri hər il dəyişdirilməlidir. Helmintlərin bu dərmanların birinə uyğunlaşması müşahidə edildikdə, dehelmintizasiya başqa preparatla əvəz edilməlidir.

Açar sözlər: quş, helmintoz, askaridoz, preparat, fenbendazol, nilverm, mebednazol, fenesal, filiksan, hiperazin, mübarizə tədbirləri


Gunay Verdiyeva 

Azerbaijan State Agrarian University

verdiyeva_gunay@mail.ru

Alvan Taghiyeva

Azerbaijan State Agrarian University

tagiyevaelvan@gmail.com


Measures to combat widespread ascardiosis among birds in

the western zones of the republic


Abstract

The article deals about how study the control measures against ascariasis, which is widespread among birds in the western zone of the republic. The best effective drugs against helminthiasis of birds are fenbendazole, nilverm, mebednazol, fenesal, filixan, hyperazine. These drugs should be given with feed or as a solution in water, in the dosage and order according to their instructions. The research work was carried out in the "Chinarli" peasant farm located in Shamkir region, in the laboratory of the "Epizootology, microbiology and parasitology" department of the "Veterinary Medicine" faculty. Mattresses and feathers of birds should be neutralized by biothermal or thermal methods, buildings and equipment should be disinfected regularly, a disinfecting place should be made at the entrance of birdhouses, and the place of birds kept in camp conditions should be changed every year. If helminths adapt to one of these drugs, deworming should be replaced by another drug.

Keywords: bird, helminthosis, ascariasis, preparation, fenbendazole, nilworm, mebednazol, fenesal, filixan, hyperazine, control measures


MƏQALƏNİ YÜKLƏ [421.17 Kb] (yüklənib: 10)


Baxış: 295
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az