DOI: https://doi.org/10.36719/2707-1146/33/39-45
Arzu Babazadə
Azərbaycan Dövlət Aqrar Universiteti
doktorant
SƏPİN MÜDDƏTLƏRİNİN VƏ BİTKİ SIXLIĞININ GƏNCƏ-114 VƏ
GƏNCƏ-160 PAMBIQ SORTLARININ ÜMUMİ İNKİŞAF DİNAMİKASINA
VƏ ƏSAS GÖVDƏNİN HÜNDÜRLÜYÜNƏ TƏSİRİ
Xülasə
Aparılmış tədqiqatlarda müxtəlif sortların daxilində az da olsa müəyyən fərqlərin müşahidə olunması, iqlimin, eləcədə səpin müddətlərinin və bitki sıxlığının təsirindəndir. 2022-ci ildə aparılmış tədqiqatlarda Gəncə 114 və Gəncə 160 sortlarında 15-20 aprel tarixində səpin aparılan və hektarda (60x20x1) 83 min bitki sıxlığı olan variantda göstəricilər eyni vaxtda səpin aparılan və hektarda 111 min ədəd bitki sıxlığı olan varianta nisbətən daha yüksək olmuşdur. Sortlarda 1-ci, 2-ci və 3-cü həqiqi yarpaqların əmələ gəlməsi, qönçələmə, çiçəkləmə və yetişmə fazalarının başlanması və başa çatması qeyd olunan səpin müddətində və bitki sıxlığı olan variantlarda tez başa çatmışdır.
Səpinin müxtəlif vaxtlarda aparılması və bitki sıxlığı pambıq sortlarında əsas gövdənin hündürlüyünə də nəzərə çarpacaq dərəcədə təsir göstərmişdir. Gəncə 160 sortunda əsas gövdənin hündürlüyü Gəncə-114 sortuna nisbətən 5-10 sm yüksək olmuşdur. Sortlarda aprel ayının 15-20-si arasında səpin aparılan və hektarda 83 min ədəd bitki sıxlığı olan variantlarda əsas gövdənin hündürlüyü daha yüksək olmuşdur.
Açar sözlər: pambıq sortları, səpin üsulları, bitki sıxlığı, əsas gövdə, həqiqi yarpaqlar, bitkinin inkişaf fazaları
Arzu Babazade
Azerbaijan State Agrarian University
Ph.D student
arzu.babazade94@mail.com
The effect of sowing periods and plant density on the general development dynamics and main stem height of cotton varieties Ganja-114 and Ganja-160
Abstract
In the conducted studies, the observation of certain differences within different varieties is due to the influence of climate, as well as sowing times and plant density. In the studies conducted in 2022, Ganja 114 and Ganja 160 varieties were sown on April 15-20 and had a density of 83,000 plants per hectare (60x20x1). The formation of 1st, 2nd and 3rd true leaves in cultivars, initiation and completion of budding, flowering and ripening phases were completed quickly at the indicated sowing time and plant density variants.
Sowing at different times and aphid density had a noticeable effect on the height of the main stem in cotton varieties. The height of the main stem in the Ganja 160 variety was 5-10 cm higher than the Ganja-114 variety. The height of the main stem was higher in varieties that were sown between the 15th and 20th of April and had a density of 83,000 plants per hectare.
Keywords: cotton cultivars, sowing methods, plant density, main stem, true leaves, plant development phases