Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv

DOI: https://doi.org/10.36719/2707-1146/33/59-64

Kəmalə Sadıqova

Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyi 

Dendrologiya İnstitutu

kemale.sadiqova1960@mail.ru


ABŞERON YARIMADASINDA İQLİM - TORPAQ ŞƏRAİTİNDƏ ARTEMİSİA

MARİTİMA L. NÖVÜNÜN BİOEKOLOJİ  XÜSUSİYYƏTLƏRİ


Xülasə

Abşeron yarımadasının, xüsusilə də Xəzər dənizi sahillərinin, torpaq örtüyü xeyli müxtəlif olub, müxtəlif tipli şoranlaşmaya məruz qalmışdır. Buradakı şoranlaşma xlorlu-sulfatlı, sulfatlı-xloridli, xlorlu-sulfatlı-karbonatlı tiplərə ayrılır. Yarımadanın əksər torpaq əraziləri qumsal, nadir hallarda zəif gilli-qumsal torpaqlardır. Belə şoranlaşmış torpaq tiplərinin pH göstəricisi 6,0-7,5 arası dəyişir, torpağın humus qatı demək olar ki, yoxdur. Belə torpaqların təbii bitki örtüyü seyrək olub, yaz fəslinin ilk dövründə qısa ömürlü efemerlər və efemeroidlər yayılır. Bu ərazidə şoranlaşmaya uyğunlaşmış ot və yarımkol bitkilərindən daha çox Artemisia maritima L. yayılmışdır. Təqdim olunan məqalədə Abşeron yarımadasında (Mərdəkan, Binə, Suraxanı, Hövsan) Dəniz yovşanı - (Artemisia maritima L.) növü haqqında məlumat, tədbiq sahələrinin öyrənilməsi öz əksini tapmışdır. Qeyd olunan ərazilərin ekoloji amillərinin ərazilərin relyefindən asılı olaraq dəyişikliyi, növün dəniz səviyyəsindən müxtəlif yüksəkliklərdə yayılması, bu ərazinin iqlim-torpaq şəraitində bioekoloji xüsusiyyətləri öyrənilmişdir. Tədqiqat (2021-2022-ci illərdə) Abşeron yarımadasının müxtəlif ərazilərində (Mərdəkan, Binə, Suraxanı, Hövsan) çöl şəraitində, dənizkənarı marşurutlar və ekspedisiya şəraitində geniş miqyasda aparılmışdır. Növün hər biri 10 molan marşurut üzrə bioloji ehtiyatı hesablanmışdır. Abşeron şəraitində mövsümü inkişafını normal keçirir. Abşeron yarımadasından hər bir ərazi üzrə tədqiq edilən növdən vegetasiyanın müxtəlif mərhələlərində material (yarpaq) toplanmış, hidrodistilyasiya metodu ilə efir yağı alınmış, “Kristal 2000 M” qaz xromatoqrafiya cihazı vasitəsi ilə biokimyəvi tərkibi analiz edilmişdir. Aydın olmuşdur ki, efir yağı çıxımı digər ərazilərlə müqayisədə Hövsan qəsəbəsinin ərazisində daha yüksəkdir, ekoloji amillərdən və vegetasiya dövründən asılıdır. Gündüz saatlarında toplanmış bikilərdən alınan efir yağı iqtisadi cəhətdən daha səmərəlidir. A. maritima L. bitkisi Abşeron yarımadasında mövsümü inkişafını normal keçirir. Bu təbii sərvətdən efir yağlı dərman, heyvandarlıqda yem əhəmiyyətlli bitki kimi səmərəli istifadəsi tövsiyə olunur. 

Açar sözlər: yovşan, polimorf, yayılma, torpaq-iqlim şəraiti, bioekoloji  


Kamala Sadigova

Ministry of Science and Education of the Republic of Azerbaijan

Institute of Dendrology

kemale.sadigova1960@mail.ru


Bioecological characteristics of Artemisia Maritima L. species in the climate-soil 

conditions of the Absheron Peninsula


Abstract

The soil cover of the Absheron Peninsula, especially the Caspian Sea coast, is very diverse and has been exposed to different types of salinization. The salinization here is divided into chlorinated - sulfated, sulfated - chlorided, chlorinated - sulfated - carbonated types. Most soil areas of the peninsula are sandy, rarely weak clay-sandy soils. The pH indicator of such salinized soil types varies from 6.0 to 7.5, the humus layer of the soil is almost absent. The natural vegetation of such lands is sparse, and short-lived ephemerals and ephemeroids spread in the first period of the spring season. In this area, Artemisia maritima L. is more common than herbs and subshrubs adapted to salinity. In the presented article, information about the type of sea wormwood - (Artemisia maritima L.) in the Absheron peninsula (Mardakan, Bina, Surakhani, Hovsan) and the study of its application areas were reflected. The change of the ecological factors of the mentioned areas depending on the relief of the areas, the distribution of the species at different heights above the sea level, and the bioecological characteristics of the climate and soil conditions of this area have been studied. The research (in 2021-2022) was conducted on a large scale in different areas of the Absheron Peninsula (Mardakan, Bina, Surakhani, Hovsan) in desert conditions, coastal routes and expedition conditions. The biological reserve of the species was calculated for each route of 10 m2. In Absheron conditions, the season develops normally. Material (leaf) was collected from the studied species at different stages of vegetation from Absheron peninsula, essential oil was obtained by hydrodistillation method, biochemical composition was analyzed by means of "Crystal 2000 M" gas chromatography device. It became clear that the yield of essential oil is higher in Hovsan settlement compared to other areas, depends on environmental factors and vegetation period. Essential oil obtained from biquis collected during daytime hours is more economically efficient. The A. maritima L. plant develops normally in the Absheron peninsula. It is recommended to effectively use this natural resource as an essential oil medicine and a plant important for animal feed.

Keywords: wormwood, polymorphic, spread, soil-climatic conditions, bioecological

MƏQALƏNİ YÜKLƏ [528.22 Kb] (yüklənib: 43)


Baxış: 282
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az