Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv

DOI: https://doi.org/10.36719/2707-1146/33/77-83

Elgün Həsənova 

Gəncə Dövlət Universiteti 

kerimligunel1@gmail.com


TORPAĞIN BECƏRİLMƏYƏ HAZIRLANMASI


Xülasə

Respublikamızın torpaq sahələrinin böyük bir hissəsi dağlıq, dağətəyi və yamaclıqlarda yerləşir. Belə torpaq sahələri daim su və külək erroziyasına məruz qalır. Bu torpaqların mühafizəsinin təşkili müstəqil respublikamızın inkişafı üçün çox vacibdir.

Kənd təsərrüfatı maşınları mobil, stasionar və səyyar olurlar. Mobil maşınların iş prosesi onların hərəkəti zamanı yerinə yetirilir. Onlar tarlada olan materialı (torpağı, bitgini və s.) becərirlər. Stasionar maşınlarla xırman meydançalarında məhsulun emalı yaxud toxum hazırlama məntəqələrinə nəqliyyat vəsitələri ilə gətirilmiş materialları becərirlər. Səyyar maşınlar hərǝkət təkərlari ilə təchiz edilirlər. Onları bir mövqedən digər mövqeyə orada olan materialı becərmək üçün aparırlar.

Təsərrüfatlarda hər hektardan maksimum məhsul götürmək üçün mexanizatorlar aqronomların, aqrokimyaçıların, iqtisadçıların və kənd təsərrüfatı istehsalatının digər mütəxəssislərinin göstərişlərini rəhbər tutaraq texnikadan səmərəli istifadə etməlidirlər. Buna görə də ali məktəb tələbəsi mexanikləşdirilmiş təsərrüfatın gələcək mütəxəssisi yaxud rəhbəri kənd təsərrüfatı maşınlarının təyinatını, quruluşunu, texnoloji iş prosesini və onlardan istifadə xüsusiyyətlərini tam mənimsəməlidir.

Torpağın səpinqabağı becərilməsi zamanı, əsasən, aşağıdakı məsələlər həll edilir:

  • Buxarlanmanın qarşısını almaq üçün torpağın üst qatını hamarlamaq;
  • Torpaqda gedən prosesləri sürətləndirmək və şumun qatında olan qidalılığı yaxşılaşdırmaq;
  • Sahəni cücərdilən alaq otlarından təmizləmək və səpindən sonra da əmələ gəlməsinin qarşısını almaq; 

Açar sözlər: torpaq becərən maşınlar, ümumi təyinatlı kotanlar, diskli gövdə, torpaqdərinləşdirici, isgənə, dayaq


Elgun Hasanova

Ganja State University

kerimligunel1@gmail.com


Preparation of land for cultivation


Abstact

A large part of the land areas of our republic is located in the mountains, foothills and slopes. Such lands are constantly exposed to water and wind erosion. Organizing the protection of these lands is very important for the development of our independent republic.

Agricultural machines are mobile, stationary and itinerant. The work process of mobile machines is performed during their movement. They cultivate the material (soil, plant, etc.) in the field. With stationary machines, they cultivate the materials brought by vehicles to the processing or seed preparation stations in the threshing fields. Itinerant vehicles are equipped with drive wheels. They are taken from one position to another to cultivate the material there

In order to get the maximum yield from each hectare in the farms, mechanizers should use the equipment effectively, following the instructions of agronomists, agrochemists, economists and other specialists in agricultural production. Therefore, a higher school student, a future specialist or manager of a mechanized farm, should fully master the purpose, structure, technological work process and features of using agricultural machines.

During pre-sowing soil cultivation, the following issues are mainly resolved:

• Smoothing the top layer of the soil to prevent evaporation;

• Accelerate the processes in the soil and improve the nutrients in the plow layer;

• To clean the field from germinating weeds and prevent their formation even after sowing;

Keywords: soil cultivators, general purpose cultivators, disc body, soil deepening, auger, support

MƏQALƏNİ YÜKLƏ [732.19 Kb] (yüklənib: 37)


Baxış: 377
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az