Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/91/28-35

Zeynəb Rüstəmova 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 

[email protected] 


HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM SİYASƏTİ


Xülasə

Məqalədə multikulturalizm nədir, multikulturalizm anlayışına dair məlumatlar verilir. Bildiyimizə görə, dünyanın əksər ölkələri bir neçə milli, etnik və dini mədəniyyəti özündə ehtiva edən mədəni sistemlərin qaynayıb qarışması zəminində formalaşmışlar. Azərbaycan bu ölkələdən biridir. Ümumiyyətlə multikulturalizm siyasəti  nədir? Multikulturalizm siyasəti əslində dünya dövlətlərində cəmiyyətdə olan polikulturallıq “məsələsinin” optimal həll edilməsinə yönələn bir siyasətdir. Vurğulamaq lazımdı ki, milli, etnik və dini kimliklərin müxtəlifliyinə münasibətdə yürüdülən müasir siyasi istiqamətlərdən biri, bəlkə də dövrümüzdə ən yayılmış və populyar olanı “multikulturalizm” siyasətidir. Həmçinin məqalədə multikulturalizmin ana prinsipləri müəyyənləşdirilir. Demək olar Azərbaycan multikulturalizmin inkişafinda nümunəvi yer tutur. Məlumdur ki, Azərbaycanda çox sayda azsaylı xalqlar yaşayır və onların özünəməxsus dili və dini etiqadı var.

Bundan başqa Azərbaycanda müxtəlif submədəniyyətlərin nümayəndələri də yaşayırlar. Submədəniyyət – ölkə ərazisində formalaşan vahid mədəni məkanın daxilində müəyyən daxili siyasi, mədəni, mental, sosial dəyərlərin ətrafında formalaşan birliklərin ümumi adıdır. Həmçinin məqalədə, Nəzəri olaraq siyasi ədəbiyyatlarda multikulturalizmin hansı formalarda təzahür etdiyi göstərilir.

Açar sözlər: Heydər Əliyev, multikulturalizm, tolerantlıq, konstitusiya, etnos, etnik, müxtəliflik.


Zeynab Rustamova

Azerbaijan State Physical Culture and Sports Academy

[email protected] 


Heydar Aliyev and multiculturalism policy


Abstract

The article provides information on multiculturalism, delivers the concept of multiculturalism. We know that most countries in the world were formed on the basis of blending cultural systems that included several national, ethnic and religious cultures. Azerbaijan is one of those countries. What is the politics of multiculturalism in general? The policy of multiculturalism is actually a policy aimed at optimally addressing the issue of “polyculturalism” in the world's states and society. It should be emphasized that one of the modern political directions in respect of diversity of national, ethnic and religious identities, perhaps the most common and popular in our time, is the policy of “multiculturalism”. Also, the article defines the main principles of multiculturalism. Azerbaijan is an exemplary place in the development of multiculturalism. It is known that there are few people living in Azerbaijan and they have a unique language and religious belief.

In addition, representatives of different subcultures live in Azerbaijan. Subculture is the common name for associations formed around nuanced internal political, cultural, mental and social values within a single cultural space that is formed in the territory of the subculture. Also, the article theoretically shows what formats multiculturalism renders in political literature.

Keywords: Heydar Aliyev, multiculturalism, tolerance, constitution, ethnos, ethnic diversity




MƏQALƏNİ YÜKLƏ [457,2 Kb] (yüklənib: 51)


Baxış: 179
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]