Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/91/129-134

Ələsgər Vəliyev

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru 

alaskar67@gmail.com 

Elza Orucova

Azərbaycan Tibb Universiteti 

tibb üzrə fəlsəfə doktoru 

elzaqudretqizi@gmail.com 

Gülnarə Kərimova

Azərbaycan Tibb Universiteti

gulnara948@gmail.com 

 Rəna Nəzərova

Azərbaycan Tibb Universiteti

nazarova.r1959@gmail.com 

 Maya Fərzəliyeva

V.Axundov adına METTP İnstitutu

mayafarzaliyeva04@gmail.com 


MƏNŞƏYİ MƏLUM OLMAYAN QIZDIRMA HAQQINDA


Xülasə

Qızdırma müxtəlif pirogenlərə, o cümlədən infeksion xəstəliklərin törədicilərinə qarşı orqanizmin qeyri-spesifik müdafiə reaksiyası olsa da, onun çox yüksək dərəcələrə qalxması (hiperpireksiya) və xüsusilə uzun müddət davam etməsi bir sıra kritik hallar-infeksion toksiki şok, kəskin ürək-damar, böyrək çatışmazlığı verə bilər. Qızdırmalı vəziyyət tənəffüsü və ürək vurğularını sürətləndirir, toxumaların oksigenə tələbatını artırır. Hərarətsalıcı dərmanlar müvəqqəti apireksiya vəziyyəti yaratsa da, bunun mənfi təsirləri daha ciddi olur. Odur ki, ilk növbədə qızdırmanın səbəbini araşdırmaq, yəni nozoloji diaqnoz qoymaq lazımdır. Bəzən bütün cəhdlərə baxmayaraq buna nail olmaq uzun vaxt tələb edir. Kliniki praktikada 3-4 həftədən çox çəkən 38°C-dən yüksək qızdırmanın səbəbi adi müayinə üsulları ilə təyin olunmayan vəziyyət “Mənşəyi məlum olmayan qızdırma” adlandırılır. Biz 2010-2022-ci illər ərzində bu diaqnozla stasionara göndərilmiş 83 xəstə müşahidə etmişik. Klinik-laborator və alət müayinələrinin köməyi ilə onların 43 nəfərində (51,8 %) infeksion xəstəliklər – sepsis − 21 nəfər, bruselloz − 8, infeksion mononukleoz − 5, koronovirus infeksiyası − 5, qarın yatalağı − 2 və septiki forma salmonelloz − 2 nəfərdə aşkar etmişik. Qalan 40 (48,2 %) xəstədə ginekoloji, uroloji, kardioloji, endokrin, cərrahi xəstəliklər, ağ ciyər vərəmi tapılmışdır. İnfeksion xəstəliklərin müəyyən edilməsində qızdırmanı müşayiət edən digər simptomların − ekzantema, hepatosplenomeqaliya, limfadenopatiya, hemoqram göstəriciləri və epidemioloji anamnezin xüsusi əhəmiyyəti olmuşdur.

Açar sözlər: qızdırma, ekzantema, limfadenit, hepatosplenomeqaliya, hemoqram


Alasgar Valiyev

 Azerbaijan Medical University

 Doctor of Philosophy in Medicine

 alaskar67@gmail.com

 Elza Orujova

 Azerbaijan Medical University

 Doctor of Philosophy in Medicine

 elzaqudretqizi@gmail.com

Gulnara Karimova

 Azerbaijan Medical University

gulnara948@gmail.com

  Rana Nazarova

 Azerbaijan Medical University

nazarova.r1959@gmail.com

  Maya Farzaliyeva

NSRMP Institute named after V.Akhundov

 mayafarzaliyeva04@gmail.com


About fever of unknown origin

Abstract

Fever is a reaction of the body against various pyrogens, including the pathogens of infectious diseases. Rising to a very high levels (hyperpyrexia) and especially its continuation for a long timecan lead to a number of critical cases − infectious toxic shock, acute cardiovascular and renal failure. Hyperthermia accelerates the heart beat, and increases the oxygen demand of the tissues. Antipyretic drugsalthough it creates a temporary apathy situation, its negative effects are more serious. So don't rush in the first turn It is necessary to investigate the cause, i.e. make a nosological diagnosis. Sometimes, despite all efforts, it takes a long time to achieve that. In clinical practice, the cause of fever higher than 38°C lasting more than 3−4 weeks is common examination methods- not assigned called as fever of unknown origin. We are doing this in the years 2010−2022. We examined 83 patients who were sent to the hospital with that diagnosis. With the help of clinical-laboratory and agate examinations 43 of them (51%) had infectious diseases: sepsis − 23, brucellosis − 3, infectious mononucleosis − 5, coronavirus infection − 5 and abdominal typhus − 2. Gynecological, urological, cardiological, endocrine, surgical diseases and lung tuber-culosis in the remaining 40 patients was found. Is another aid in the diagnosis of infectious diseases was symptoms-exanthema, hepatosplenomegaly, lymphadenopathy, hemogram indicators and epidemiological anamnesis has been of strategic importance. 

Keywords: fever, exanthema, lymphadenitis, hepatosplenomegaly, hemogram



MƏQALƏNİ YÜKLƏ [430,94 Kb] (yüklənib: 30)


Baxış: 249
Redaktə et
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
elmmerkezi@aem.az, info@aem.az