DOI: https://doi.org/10.36719/2707-1146/36/12-16
Abdulla Fərəməzov
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru
afaramazov@mail.ru
Şəhla Əliyeva
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
biologiya üzrə fəlsəfə doktoru
shahlaaliyeva1969@gmail.com
Fatma Hüseynova
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
tibb üzrə fəlsəfə doktoru
huseynova01049@gmail.com
LEYŞMANİOZ XƏSTƏLİYİNİN ÖYRƏNİLMƏ TARİXİ, KLİNİKASI VƏ TÖRƏDİCİLƏRİN MORFOLOGİYASI
Xülasə
Leyşmaniozların bütün formalarının əsas xüsusiyyəti onun sahibinin makrofaqal sisteminin xəstəliyi fonunda baş verməsi hesab edilir. Hünü sağlam insanı sancdıqdan bir neçə saat sonra inokulyasiya nahiyəsində yerli iltihab prosesi yaranır və bu zaman promastiqotların bir qismi sahib orqanizmin lizosomal fermentləri hesabına tələf olur. Əgər dəri leyşmaniozu zamanı lokal histositoma inkişaf edirsə, visseral leyşmaniozda isə leyşmaniyalar daxili orqanların retikulo-endotelial hüceyrələrində (qaraciyər, dalar, sümük iliyi və limfa düyünləri) lokalizasiya olunaraq inkişaf etməyə başlayırlar.
Leyşmaniyaların əsas xarakterik xüsusiyyəti onun qamçıya yaxın yerləşmiş kinetoplasta malik olmasıdır. Kinetoplast unikal mitoxondri olub dairəvi, oval və çöpşəkilli formaya malik ola bilər. O, həmçinin çox miqdarda DNT-yə malik bir orqanella hesab edilir.
Leyşmaniyaların promastiqot formaları hünülərin (Phlebotomus) bağırsaq traktında yaşayırlar, insanın bədənində isə amastiqot formaya rast gəlinir. Hünülər xəstə insan və heyvanların qanını soran zaman amastiqotlar hünülərin orta bağırsağına keçirlər.
Açar sözlər: leyşmaniyalar, dəri leyşmaniozu, visseral leyşmanioz, promastiqot, amastiqot, hünü (mığmığa)
Abdulla Faramazov
Azerbaijan Medical University
PhD in medical sciences
afaramazov@mail.ru
Shahla Aliyeva
Scientific Research Institute of Medical Prophylaxis
named after V.Akhundov
PhD in biological sciences
shahlaaliyeva1969@gmail.com
Fatma Huseynova
Scientific Research Institute of Medical Prophylaxis
named after V.Akhundov
PhD in medical sciences
huseynova01049@gmail.com
History of the study of leishmaniasis, its clinic and morphology of causative pathogen
Abstract
The main feature of all forms of leishmaniasis is its occurrence against the background of a disease of the host's macrophage system. A few hours after the bite of a healthy person, a local inflammatory process occurs in the area of grafting, at which time part of the promastigotes is destroyed by the lysosomal enzymes of the host organism. Cutaneous leishmaniasis develops local histocytoma with visceral leishmaniasis, leishmania begins to develop, localizing in the reticuloendothelial cells of the internal organs (liver, spleen, bone marrow and lymph nodes).
The main feature of Leishmania is the presence of a kinetoplast located near the flagellum. The kinetoplast is a unique mitochondrion that can be round, oval, or rod-shaped. It is also considered an organelle with a large amount of DNA.
Promastigote forms of leishmania live in the intestinal tract of Phlebotomus, while the amastigote form occurs in humans. Amastigotes enter the phlebotomus midgut when mosquitoes suck the blood of sick people and animals.
Keywords: leishmania, cutaneous leishmaniasis, visceral leishmaniasis, promastigote, amastigote, mosquitoes